General Həşimovun sərvətlərinin siyahısı üzə çıxdı -ŞOK SİYAHI

2 272 20-07-2020, 15:21 sosial / cemiyyet

General Həşimovun sərvətlərinin siyahısı üzə çıxdı -ŞOK SİYAHIBölgə müxbirimiz Zaqataladan zəng eləmişdi. Soruşdu ki, General Həşimovun sərvətlərindən nə üçün yazmırsınız?

Bir anlıq başımdan ağrı tutdu gözüm qaraldı...

Sual verdim ki, onun nə sərəti var idi, nə danışırsınız?
- Bəli var idi dedi, istəyirsən sayım.
Sonra başladı siyahını saydı:
Şəhid Generalın sərvətləri
-- Gendən gələn namus, Azərbaycanlı qeyrəti, Türk vicdanı, Qəbələli səmimiyyəti, Vəndamlı ləyaqəti, zabit şərəfi, Ali Baş Komandana sədaqət, Vətənə məhəbbət, tabeçiliyində olan hərbçilərə diqqət, silaha sevgi, hərbi biliklərə maraq, cəmiyyət qaşrısında məsuliyyət, anasının qarşısında ibadət yenə də sayım?
Dedim, yox, bəsdir. Sonra isə öz-özümə sual verdim: -- Gənc bir adam (hər halda bizə nisbətən çox cavan idi) bu qədər sərvəti necə toplaya bilib?
Təsəllimiz odur ki, oliqarx milyonerlərin qazandığının hamısı bu dünyada qalır, Polad Həşimovun qazandıqları isə həm bu dünyada qaldı, həm də o biri dünyaya apara bildi...
Cənab General səninlə fəxr edirik...
İcmal.az

XƏBƏR LENTİ