Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir

725 12-09-2020, 21:48 siyaset

Tofiq Yaqublu xəstəxanaya yerləşdirilirHəbsdə olan müsavatçı Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir. Xeberdar.net məlumat verir ki, bu barədə onun qızı Nigar Həzi "Facebook"da məlumat yayıb.

"Tofiq Yaqublu indilərdə "City Hospital"a gətirilir.İndi Tofiq Yaqublunun xəstəxanaya köçürülməsi onun vəkili Aqil Layıcın Avropa Məhkəməsinə 39-cu qaydaya görə ünvanladığı müraciət əsasında həyata keçirilir. Bu qayda əksər hallarda insan həyatı üçün geridönməz həyatı təhlüklər olduqda tətbiq olunur.", - deyə o bildirib.


Qeyd edək ki, T.Yaqublu artıq 11 gündür aclıq etdiyini açıqlayıb.

Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Hökmdən apelyasiya şikayəti verilib.

xeberdar.net

XƏBƏR LENTİ