Düşmən şirnikləndici vədlərlə Azərbaycan sakinləri ilə təmasa çalışır - DTX ayıq olmağa çağırdı

Düşmən şirnikləndici vədlərlə Azərbaycan sakinləri ilə təmasa çalışır - DTX ayıq olmağa çağırdı"Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatlarının aparıldığı müddətdə vətəndaşlarımız tərəfindən yüksək döyüş ruhu və sayıqlıq nümayiş etdirilir".

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatında deyilir: "Bununla yanaşı, Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsi ilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə vətəndaşları Azərbaycan əhalisi arasında gərginlik yaratmaq, ictimai rəyi yönləndirmək, cəmiyyətdə etnik zəmində qarşıdurma yaratmaq, Silahlı Qüvvələrimizin döyüş əməliyyatları, taktiki yerdəyişmələri, texniki-təchizat tədbirləri, ictimaiyyətin hərbi əməliyyatlara və səfərbərlik məsələlərinə münasibəti və sair barədə məlumatları əldə etmək məqsədilə sosial şəbəkə və media profilləri, akkauntları, messencerlər, SMS və elektron poçt xidmətləri vasitəsilə səs mesajlarını, dezinformasiya xarakterli mətnləri, montaj olunmuş saxta foto-video materialları yayaraq fəallıqlarını xeyli artırmışlar.

Erməni tərəfi Azərbaycan Ordusunun hərbi uğurlarına inamsızlıq yaratmaq üçün fəaliyyətini ardıcıl olaraq davam etdirir, Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərir.

Qeyd olunanlarla əlaqədar, vətəndaşlarımızı düşmən təxribatlarına uymamağa çağırır, onlara ünvanlanan kəşfiyyat-təxribat xarakterli müraciətlər haqqında WhatsApp və Telegram (+994774059999) kanalları vasitəsilə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat vermələri xahiş olunur".

https://dtx.gov.az/az/news/dovlet-tehlukesizliyi-xidmetinin-ictimai-elaqeler-sobesinin-melumati-27.html



Düşmən şirnikləndici vədlərlə Azərbaycan sakinləri ilə təmasa çalışır - DTX ayıq olmağa çağırdı

  • 30-09-2020, 21:50
  • 398


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. BDU-da baş verən qanlı insidentlə bağlı SENSASİON TƏFƏRRÜATLAR
  2. Elmar Vəliyevin oğlu başqasının torpağını zəbt edib: - Özünə idman meydançası tikib
  3. Gəncədə küçələri su basdı, elektrik kəsildi - VİDEO
  4. Tovuzun icra başçısı HƏDDİNİ AŞIR... - İTTİHAM
  5. Bərdədə ər arvadını əlləri ilə boğub öldürüb
  6. SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..
  7. Mətanət Əsədovanın həbs xəbəri yayıldı: “Qadınları evində iş adamlarına…”
  8. Prokuror DTX-ın saxladığı sabiq nazir müavininə 10 il həbs cəzası istəyib
  9. Qobustanda toylarda yoxlamalar aparıldı: Sahibkar külli miqdarda cərimələndi
  10. "Ağrımırdım, yalandan MƏNƏ ƏMƏLİYYAT DEDİLƏR, həyatım alt-üst olub" - "EGE HOSPİTAL" dan şikayət
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI