Rəsmi Bakı düşmənin daha bir yalanını ifşa etdi: “Fosfor tərkibli maddələr...”

Rəsmi Bakı düşmənin daha bir yalanını ifşa etdi: “Fosfor tərkibli maddələr...”

“Son zamanlar Ermənistan tərəfindən çoxlu sayda saxta videoların yayılması müşahidə olunur”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistan iddia edir ki, guya Azərbaycan ordusunda xarici döyüşçülər iştirak edir:

“Bunlar saxta məlumatlardır. Belə təxribat xaraketli məlumatlardan biri də bu günlərdə Azərbaycan tərəfinin guya fosfor tərkibli döyüş sursatlarının istifadə etməsi ilə bağlı olan məlumatdır.

Azərbaycan tərəfində olan kəşfiyyat məlumatlarına əsasən, düşmən tərəfi Xocavənd istiqamətində fosfor tərkibli maddələrin, döyüş sursatlarının daşınmasını həyata keçirir. Burada əsas məqsəd bunlardan Azərbaycana qarşı istifadə etməkdir. Bu, açıq təxribatdır.

Məqsəd Azərbaycanın fosfor tərkibli maddələrin istifadə etməsi ilə bağlı dezinformasiyalar yaymaqla, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaqdır”.

“Ermənistanın bu kimi saxta məlumatları yaymaqla, dinc əhalini hədəfə almaqda məqsədi bəllidir. Onlar münaqişənin sülh yolu ilə həllinə maraqlı deyil. Onlar işğalı möhkəmləndirmək, eyni zamanda, üçüncü tərəfi bu münaqişəyə cəlb etmək istəyir” - deyə XİN rəsmisi qeyd edib.

Rəsmi Bakı düşmənin daha bir yalanını ifşa etdi: “Fosfor tərkibli maddələr...”

  • 31-10-2020, 17:34
  • 149


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. YASAMALI QARIŞ-QARIŞ SATAN ELŞAD HƏSƏNOVUN KORRUPSİYA ƏMƏLLƏRİ- VİDEO ARAŞDIRMA
  2. Ağdamda ekskavator minaya düşdü, bir nəfər ağır yaralandı...
  3. Rusiyadakı parlament seçkisinin ilkin nəticələri - Sensasiya olmadı
  4. Müəllimlərin maaşı yeni qaydada hesablanacaq
  5. Bakıya qarşı hiyləgər plan - “sülh istəyən” Paşinyan öldürülə bilər
  6. İrandan gətirilən kartov Azərbaycana buraxılmadı - SƏBƏB
  7. Prokuror AXCP sədrinin mühafizəçisinə 15 il cəza istədi
  8. Ərdoğan BMT-də həm də bu dövlətlər üçün ədalət tələb etdi - ŞƏRH
  9. Azərbaycanda 33 yaşlı kişi minaya düşdü - YENİLƏNİB
  10. Ərdoğanın Moskva səfərinin tarixi AÇIQLANDI
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI