Azərbaycanda fəaliyyət göstərən E- ticarət platformaları mövzusunda ikinci omlayn təlim keçirildi

394 8-11-2020, 23:45 cemiyyet

Azərbaycanda fəaliyyət göstərən E- ticarət platformaları mövzusunda  ikinci omlayn təlim keçirildiBu gün –noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi 2020-ci il 1-ci qrant müsabiqəsinin qaliblərindən olan Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin “Məcburi köçkünlər arasında sahibkarlığın təşviqi” layihəsi çərçivəsində Azərbaycanda fəaliyyət göstərən E- ticarət platformaları mövzusunda ikinci omlayn təlim keçirildi.

Layihənin eksperti iqtisadçı Rəşad Həsənov Azərbaycanda fəaliyyət göstərən E- ticarət platformaları mövzusunda təqdimatla çıxış etdikdən sonra mövzu ətrafında müzakirələr aparıldı.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində "E-ticarət" haqqında 7 mövzuda 15 onlayn təlim zoom proqramı vasitəsilə keçrilir. Təlimin mövzuları və hər təlimə ayrılacaq vaxt aşağıdakı kimidir.

1. E- ticarət nədir? – 2 təlim,
2. E- ticarət haqqında Azərbaycan Respublikasının qanunu; – 1 təlim
3. Beynəlxalq E- ticarət platformaları; – 4 təlim
4. Azərbaycanda fəaliyyət göstərən E- ticarət platformaları; – 2 təlim
5. Azərbaycanın milli E- ticarət platformaları; – 1 təlim
6. E- ticarət platformalarına necə qoşulub pul qazanmaq olar? – 4 təlim
7. E- ticarət biznesinizin böyüdülməsində sosial medianın rolu; – 1 təlim
Azərbaycanda fəaliyyət göstərən E- ticarət platformaları mövzusunda  ikinci omlayn təlim keçirildi
Azərbaycanda fəaliyyət göstərən E- ticarət platformaları mövzusunda  ikinci omlayn təlim keçirildi
Azərbaycanda fəaliyyət göstərən E- ticarət platformaları mövzusunda  ikinci omlayn təlim keçirildi
Xeberdar.net

XƏBƏR LENTİ