ABŞ Danimarka və İsveçin müdafiə müəssisələrini gizli izləyirmiş

ABŞ Danimarka və İsveçin müdafiə müəssisələrini gizli izləyirmişABŞ Milli Təhlükəsizlik Agentliyi İsveç və Danimarka müdafiə sənayesinin fəaliyyətini gizli izləyirmiş. Elektron kəşfiyyat, dinləmə əməliyyatları Danimarkadakı Amerika bazasından həyata keçirilib.

“Report” xəbər verir ki, bu barədə “Danmarks Radio” ölkənin Hərbi Kəşfiyyat Xidmətindəki bir neçə mənbədən məlumat aldığını bildirib.

Nəzarət altında olan obyektlər arasında İsveçin “SAAB” şirkəti və Danimarkanın “terma” konserni də var.

Agentlik Niderland, Norveç, Fransa, Almaniya, Danimarkanın siyasi qurumlarının və “İsveç hərbi maraqları”nın məlumat trafikini izləməyə imkan verən Amagerdəki fiber optik kabellərə və kompyuter mərkəzinə girişi təmin edib.

Bəzi məlumatlara görə, diqqət mərkəzində “Gripen” - İsveçin dördüncü nəsil çoxtəyinatlı qırıcısı olub. “Danmarks Radio”suna görə dinləmə, Danimarkanın yeni hərbi təyyarələr almaq planları ilə əlaqədar olaraq həyata keçirilib və bu istiqamətdə “Gripen” potensial namizəd hesab edilirdi.

Ancaq Danimarka Hava Qüvvələri üçün Amerikadan 27 ədəd “F-35” aldı.

ABŞ Danimarka və İsveçin müdafiə müəssisələrini gizli izləyirmiş

  • 16-11-2020, 09:46
  • 116


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. BDU-da baş verən qanlı insidentlə bağlı SENSASİON TƏFƏRRÜATLAR
  2. Elmar Vəliyevin oğlu başqasının torpağını zəbt edib: - Özünə idman meydançası tikib
  3. Gəncədə küçələri su basdı, elektrik kəsildi - VİDEO
  4. Tovuzun icra başçısı HƏDDİNİ AŞIR... - İTTİHAM
  5. Bərdədə ər arvadını əlləri ilə boğub öldürüb
  6. SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..
  7. Mətanət Əsədovanın həbs xəbəri yayıldı: “Qadınları evində iş adamlarına…”
  8. Prokuror DTX-ın saxladığı sabiq nazir müavininə 10 il həbs cəzası istəyib
  9. Qobustanda toylarda yoxlamalar aparıldı: Sahibkar külli miqdarda cərimələndi
  10. "Ağrımırdım, yalandan MƏNƏ ƏMƏLİYYAT DEDİLƏR, həyatım alt-üst olub" - "EGE HOSPİTAL" dan şikayət
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI