Daşkəsəndə həbs edilən bələdiyyə sədri göstərişləri Əhəd Abıyevdən aldığını bildirib

Daşkəsəndə həbs edilən bələdiyyə sədri göstərişləri Əhəd Abıyevdən aldığını bildirib

DTX-nın Daşkəsəndə keçirdiyi əməliyyatın istintaqı davam edir.

Bir müddət öncə Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlunun və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyevin saxlanılmasıyla bağlı mediada məlumat yayılmışdı.

Hürriyyətin əldə etdiyi məlumata görə, Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu verdiyi ifadəsində bildirib ki, vətəndaşlardan təsərrüfat ərazilərinin zorla alınması birbaşa Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin göstərişi ilə həyata keçirilib.

Qeyd edək ki, “Hürriyyət”in əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları yenidən Daşkəsən rayonunda olublar. DTX əməkdaşlarının Daşkəsəndə olmasının əsas səbəbi isə torpaq sahələrinin vətəndaşlardan alınaraq işbazlara satılmasıyla bağlıdır. Ehtimala görə, qanunsuz olaraq işbazlara satılan torpaq sahələri birbaşa Daşkəsənin icra başçısı Əhəd Abıyevin vasitəsi ilə həyata keçirilib. Görünür ki, bu məsələ hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılır.

Xeberdar.net

Daşkəsəndə həbs edilən bələdiyyə sədri göstərişləri Əhəd Abıyevdən aldığını bildirib

  • 6-05-2021, 14:41
  • 611


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Doğum evlərində süni qida bazarına yox deyək!
  2. Tarixlə döyüşənlər – İqbal Ağazadə yazır
  3. Göyçayda polis dələduzu himayə edir-İDDİA+ VİDEO
  4. SABİQ NAZİRƏ HÖKM OXUNDU
  5. Faiq Hüseynbəylinin şəhidə yazdığı kitabı çap olunub
  6. TƏLƏBƏ KREDİTİ KİMLƏRƏ VERİLƏCƏK? - Tələbələr krediti hansı formada ödəyəcək?
  7. ŞUŞA BƏYANNAMƏSİNİN MOSKVA ƏKS-SƏDASI... - Və Zaxarovanın şərh vermək haqqı
  8. Beynəlxalq federasiyanın prezidenti vəzifəsinə azərbaycanlı seçildi
  9. Təmiz Binəqədidə natəmiz görüntülər - VİDEO
  10. Ağalar Vəliyev nədən bu qədər MATAH OLUB Kİ... - “Kristal Abşeron” istədiyi fırıldağı çevirir...
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI