Doğum evlərində süni qida bazarına yox deyək!

Doğum evlərində süni qida bazarına yox deyək!Doğum evlərində neonatoloqlar tərəfindən yersiz və icazəsiz olaraq körpələrə süni qida verilir. Evə yazılan analara tövsiyə vərəqində süni qida adı yazılır, məsləhət görülür. Süni qidanın ilk gundən körpəyə verilməsi və uşağın buna öyrəşdirilməsi uşaq üçün sağlıq, ailə üçün maddi problemlər yaradır. Doğum evindəki neonatoloqlar bununla "Körpələrin qidalanması haqda" qanunu pozur və hər hansı maraq qarşılığında süni qida şirkətlərinə fayda verirlər. Nəticədə zərərçəkən körpələr olur. Süni qida ilə körpənin orqanizmində allergik fon güclənir, atopik dermatit və s. allergik xəstəliklər, mədə-bağırsaq problemləri inkişaf edir. Şüşədən rahat şəkildə süni qida əmməyə alışan körpə ana döşündən imtina etməyə başlayır. Təcrübəsiz analar verilən bu alternativə görə təbii qidalanmanı düzgün idarə edə bilmir və süni qida ilə davam edərək ailənin maddi durumunun çətinləşməsinə səbəb olurlar. Hazırda doğum evləri sanki iki qida şirkəti arasında bölüşdürülüb. Süni qida adının tövsiyə vərəqinə yazılması eyni zamanda istehlakçının seçim hüququnu pozur və reklam xarakteri daşıyır. Həkimlər və süni qida şirkətləri arasında olan bu əməkdaşlıq körpələrin ana südü ilə qidalanmasına böyük zərbədir. Bu kampaniya ilə körpələrin sağlamlığını düşünən hər kəsi imza etməyə çağırırıq.

Kampaniyaya aşağıdakı linkdən qoşulmaq olar.



My Webpage

Doğum evlərində süni qida bazarına yox deyək!

  • 19-06-2021, 21:00
  • 865


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. BDU-da baş verən qanlı insidentlə bağlı SENSASİON TƏFƏRRÜATLAR
  2. Elmar Vəliyevin oğlu başqasının torpağını zəbt edib: - Özünə idman meydançası tikib
  3. Gəncədə küçələri su basdı, elektrik kəsildi - VİDEO
  4. Tovuzun icra başçısı HƏDDİNİ AŞIR... - İTTİHAM
  5. Bərdədə ər arvadını əlləri ilə boğub öldürüb
  6. SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..
  7. Mətanət Əsədovanın həbs xəbəri yayıldı: “Qadınları evində iş adamlarına…”
  8. Prokuror DTX-ın saxladığı sabiq nazir müavininə 10 il həbs cəzası istəyib
  9. Qobustanda toylarda yoxlamalar aparıldı: Sahibkar külli miqdarda cərimələndi
  10. "Ağrımırdım, yalandan MƏNƏ ƏMƏLİYYAT DEDİLƏR, həyatım alt-üst olub" - "EGE HOSPİTAL" dan şikayət
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI