Vətən müharibəsinin ildönümündə Ümid Partiyası BƏYANAT verdi

Vətən müharibəsinin ildönümündə Ümid Partiyası BƏYANAT verdi
Ümid Partiyasının Rəyasət Heyəti Vətən müharibəsinin ildönümü ilə bağlı tədbir keçirib. Xeberdar.net-ə daxil olan məlumata görə,
şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Vətən müharibəsinin başlanma səbəbləri və zərurəti, ordumuzun zəfər səlnaməsi, işğal altında olan torbaqlarımızın azad olunması, şəhid və qazilərimizin göstərdikləri igidliklə bağlı xatirələr danışıldı, çıxışlar olub.
Saat 12.00-da Rəyasət Heyətini üzvləri sayğı duruşunda dayanıblar.
Sonda Ümid Partiyası adından BƏYANAT qəbul edilib.

BƏYANATDA deyilir:


"27 sentyabr torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində başlanan ikinci Qarabağ savaşının bir ili tamam olur. Bu savaşda Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın bir çox qismini mənfur düşməndən azad etdi. Bu müqəddəs savaşda üç minə yaxın igidimiz canlarından keçdi. Bizə bu zəfəri bəxş edən bütün şəhidlərimizi rəhmətlə anır, onların ruhları qarşısında baş əyirik. Yaralı əsgərlərimizə isə Allahdan şəfa diləyirik.
Vətənimizin gözəl guşələrindən olan Qarabağ torpaqları 30 ilə yaxın bir müddət idi ki, erməni vandallarının işğalı altında idi. Torpaqlarımızın azad olunması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dörd qətnaməsini, Avropa Birliyinin, Avropa Şurasının, ATƏT-in tövsiyələrini yerinə yetirməyən Ermənistanın hərbi-siyasi rəhbərliyi bütün hüquqi-siyasi xəbərdarlıqlara baxmayaraq, öz işğalçılıq siyasətini davam etdirirdi.
Artıq torpaqlarımızın dinc, danışıq yolu ilə geri qaytarılacağına heç bir ümidi qalmayan xalqımız səfərbər olaraq, “Ali Baş komandan, bizə silah ver” şüarı ilə meydanlara axışdı. Ali Baş Komandan Prezident İlham Əliyev də həm Ermənistana, həm də beynəlxalq güclərə dəfələrlə xəbərdarlıq etdi ki, torpaqlarımız işğaldan azad olunmazsa, müharibə qaçılmaz olacaq. Beləliklə, 27 sentyabrda Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başladı.
İşğalçılıq niyyətindən əl çəkməyən Ermənistan növbəti təxribatına 2020-ci il sentyabrın 27-də cəhd etdi. Bu dəfə isə mənfur düşmən dövlət və ordu ətrafında səfərbər olmuş, bir yumruq kimi birləşmiş Azərbaycan xalqı ilə qarşılaşdı. 27 sentyabr tarixi ölkəmiz, millətimiz və dövlətimiz üçün zəfərin, torpaqlarımızın işğaldan azad olunmasının başlanığıcı oldu. Ümid Partiyası da bu haqlı davaya öz töhfəsini verdi, xalqla birlikdə səfərbər oldu. Ümid Partiyasının sədri səfərbərliyə ilk yazılaraq, müsəlləh əsgər olduğunu bəyan etdi. Bu döyüşdə partiyanın rəhbərliyi və üzvləri də döyüşə qatıldı, şəhid verdi. Şanlı Azərbaycan Ordusu xalq-ordu, iqtidar-müxalifət birliyi nəticəsində uzun müddət işğal altında olan torpaqlarımızı azad etdi. Bu zəfərin əldə olunmasında əsas şərt Milli Birliyimiz, Milli Həmrəyliyimiz idi.
Ümid Partiyası olaraq bəyan edirik ki, ümummilli problemlərimizin həll olunması istiqamətində bundan sonra da bütün siyasi qüvvələrlə həmrəyliyə hazırıq və əlimizdən gələn hər şeyə edəcəyik. Bir daha torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində qəhrəmancasına canlarından keçmiş Şəhidlərimizin ruhları qarşısında baş əyir, Allahdan rəhmət diləyir, yaralılara şəfa, qazilərimizə can sağlığı arzulayırıq!
Yaşasın Azərbaycan!"

Vətən müharibəsinin ildönümündə Ümid Partiyası BƏYANAT verdi

  • 27-09-2021, 14:22
  • 437


Oxşar mövzular
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI