Ərtoğrul Kamalov: "-KİM OLURSAN OL, YETƏR Kİ, BU MİLLƏTƏ XƏYANƏT ETMƏ VƏ ŞƏRƏFİNLƏ XİDMƏT ELƏ!! "

781 7-10-2021, 20:32 cemiyyet

Ərtoğrul Kamalov: "-KİM OLURSAN OL, YETƏR Kİ, BU MİLLƏTƏ XƏYANƏT ETMƏ VƏ ŞƏRƏFİNLƏ XİDMƏT ELƏ!! "

Ərtoğrul Kamalov: KİM OLURSAN OL, YETƏR Kİ, BU MİLLƏTƏ XƏYANƏT ETMƏ VƏ ŞƏRƏFİNLƏ XİDMƏT ELƏ!!
Xəbərdar.net xəbər verir ki, hər birimizin dublajlarları ilə tanıdığımız Ərtoğrul Kamalov sosial şəbəkə hesabında özü haqqında məlumat paylaşıb.

O, bildirib ki, 1990-cı ildə Laçın rayonunun Qoşasu kəndində doğulmuşam. 1992-ci ildə erməni şərəfsizlərinin işğalına məruz qalan evimizdən çıxıb məcburi Bakıya gəlmişik. Atam bizi qohumun evində qoyub könüllü olaraq müharibəyə gedib. Ehtiyatda olan zabitdir. 1996-cı ildə 1-ci sinifə getmişəm. Orta məktəb dönəmində atam məktəbin direktoru olsa da, maddi durumumuz normal olsa da, dərsdən sonra işləyirdim. Bir çox işlərdə işləmişəm. Tikintidə fəhlə, çörək sexində çörəkçi, avtobusda konduktor və s. Paralel olaraq musiqi ilə məşğul olurdum. Hərbi "ratsiyaların" kabelində polad var, onu çıxarıb taxtaya bağlayıb gitar düzəltmişdim özümə. Hər şeylə maraqlanmaq həvəsi mənə bu həyatda ayaqda durmağı öyrətdi həm də. 2007-ci ildə orta məktəbi bitirib universitetə sənəd versəm də qəbul ola bilməmişəm. 8-ci km bazarında (vasmoy) elektrik alətlərinin təmirçisi işləmişəm. Laqonda, drel, kompressor, lift matoru, müxtəlif sarğıların sarınması və s. Paralel olaraq xüsusi təlimlərə qoşulurdum. 2008-ci ildə İncəsənət universitetinə qəbul oldum. 2009-cu ildə Türkiyəyə gedib orda kurslara qatıldım (dövlət hesabına). 2010-cu ildə Rusiyada kurslara qatıldım. 2011-ci ildə Daxili İşlər Nazirliyinin Dinamo İdman Cəmiyyətində özəl təlimlərdə olmuşam. Paralel olaraq yenə də xüsusi təlimlərə qatılırdım. 2012-ci ildə Universiteti bitirmişəm. 2014-cü ildə Dövlət tərəfindən Dağıstan respublikasına göndərilmişəm. Azərbaycan Dövlət Dram Teatrına baş rejissorluqdan 2015-ci ildə öz ərizəmlə işdən azad edilmişəm. Orda olduğum müddətdə Dağıstanın prezidenti ilə (aramızda xırda mübahisə olsa belə), səfirimiz, hörmətli Polad Bülbüloğlu ilə görüşlərdə hər zaman Azərbaycanın mənafeyini önə çəkən çıxışlarım olub. Azərbaycan Bayrağını Dağıstanda meydandan yığışdırmaq istəyən ФСБ əməkdaşları ilə uzun mübahisədən sonra Bayrağın meydanda qalmasına nail olmuşam. Ölkə xaricində istənilən dövlətdə olarkən, istər Avropa, istər digər ölkələrdə olanda hər zaman Millətim xüsusi ilə birinci yerdə olub və hər zaman da belə olacaq. 2015-ci ildən bu günə qədər ölkəmin çıxarları üçün əlimdən gələn hər şeyi etmişəm. Və edəcəyəm.
Ərtoğrul Kamalov: "-KİM OLURSAN OL, YETƏR Kİ, BU MİLLƏTƏ XƏYANƏT ETMƏ VƏ ŞƏRƏFİNLƏ XİDMƏT ELƏ!! "

Niyə yazdım, yordum sizi -

İndi bəzi adamlardan qulağıma sözlər çatır ki, kimdir bu adam? Yazdım kim olduğumu.

Cavabım - KİM OLURSAN OL, YETƏR Kİ, BU MİLLƏTƏ XƏYANƏT ETMƏ VƏ ŞƏRƏFİNLƏ XİDMƏT ELƏ!!

#bizVətənDAŞIYIQ


Mirzə li
Xəbərdar

XƏBƏR LENTİ