Salyanda oğurluq edən şəxs saxlanılıb

638 13-10-2021, 11:35 hadise

Salyanda oğurluq edən şəxs saxlanılıbSalyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə sentyabr ayının 25-də Salyan rayon ərazisində fəaliyyəti dayandırılımış nasosxanadan iki ədəd elektrik mühərriki, bir ədəd nasos və digər avadanlıqları, eləcə də oktyabr ayının 11-də rayon sakini A.Abbasova məxsus bir ədəd elektrik generatoru oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ceyhun Hüseynov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edərək, su nasosunu dəyərindən ucuz qiymətə satdığını bildirib. Oğurluq yolu ilə əldə edilmiş avadanlıqların bir qismi isə maddi sübut kimi ondan götürülüb.

Faktlarla əlaqədar Salyan RPŞ-də araşdırmalar aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ