Bakıda 20 nömrəli məktəb-lisey koronavirusa görə bağlanıb - YENİLƏNİB

Bakıda 20 nömrəli məktəb-lisey koronavirusa görə bağlanıb - YENİLƏNİBPaytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Belə ki, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

***

Bakıda 20 nömrəli məktəb-lisey bağlanıb.

"Report" xəbər verir ki, buna səbəb ümumtəhsil müəssisəsinin kollektivi və şagirdlər arasında COVID-19-a yoluxma faktlarının qeydə alınmasıdır.

Tədrisin iki həftəlik distant formada davam etdirilməsi ilə bağlı qərar qəbul olunub.

Artıq bununla bağlı məktəb rəhbərliyi tərəfindən valideynlərə məlumat verilib.

Bakıda 20 nömrəli məktəb-lisey koronavirusa görə bağlanıb - YENİLƏNİB

  • 18-10-2021, 13:20
  • 220


Oxşar mövzular
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI