İMPERİYA MARAQLARI !!!-

2 948 4-04-2022, 13:31 kose / siyaset

İMPERİYA MARAQLARI !!!-

Ukraynada baş verən müharibədə təcavüzkar tərəf Rusiyadır və dövlət maraqları naminə işğalçı niyyətini ortaya qoyub.Amma çox qəribədir ki,bizim siyasi elita Putinin ifrat şəxsi maraqları naminə bu addımı atdığını hər dəfə təhlil edir,yorulmadan yorumlayır.

Gəlin analiz edək,müharibənin başlanmasında tək səbəbkar Putindirmi ?


Rusiya dövlətçilik ənənələrinə sahib olandan bu yana dövlət içində dərin dövlət formalaşdırıb.Düşünürəm ki,bu gün həmin dərin dövlət çox illik plana əsasən dövlətin ölməməsi üçün məcburi siyasi gedişlər edir.Sadəcə bu dəfəki baş rol ifaçısı Vladimir Putindir.
İndiyədək düşünmüsünüzmü ki,niyə məhz KKB-nin polkovniki birdən-birə necə oldu ki nəhəng dövlətin başına keçdi ? Axı,dövlət idarəetmə təcrübəsi olmayan bir şəxs bu ağır vəzifənin öhdəsindən gələ biləcəkmi?
Yadınızdadırsa,bir anda bu arıq,sarışın oğlan Rus xalqına yeni super qəhrəman kimi sırındı.
Seçkilərdə əhalinin mütləq əksəriyyəti bu oğlana səs verdi.Beləliklə,çökmüş Rusiyanı dirçəldəcək yeni enerji və siyasi fiqur ortaya atıldı.Amma çox diqqətlə gedişatı izləsəniz görərsiniz ki,hakimiyyətinin ilk illərində əmr və fərmanlar imzalayarkən Putin sanki göstəriş gözləyirmiş kimi davranırdı.

Putin,hakimiyyətinin ilk illərində həm daxili publikada,həm də xarici siyasət arenasında biraz humanist,biraz da demokratik rəhbər kimi təbliğ edilirdi.Belə deyək,SSRİ KKB-sinin modernləşmiş versiyası.

Sovet İmperiyasının varisi olan Rusiya Yeltsinlə keçid dövrünü keçməyə cəhd göstərirdisə,Putinlə inkişaf yolunu tutmağı planlaşdırmışdı.
Rus dərin dövləti cavan polkovniki pillə-pillə dünya səhnəsinə dirijor kimi hazırlayırdı.
Lakin,okeanın o tayında beton iqtisadiyyata malik Amerikanın (ABŞ) bu prossesləri zərgər dəqiqliyi ilə izləyib,təhlil etdiyini hesaba qatmamışdı.
Vladimir Putin Rusiyası haqqında yazımıza qısa ara verib,biraz ABŞ-dan danışaq.

Demokratiyanın beşiyi adlanan bu dövlət,daxili və xarici siyasətinə görə əzəli rəqibi Rusiyadan nə ilə fərqlənir?

1) Ayrı-seçkilik ?
Hər iki dövlətdə var.

2) İrqçi münaqişələr ?
Hər iki dövlətdə var.

3)İmperial maraqlar ?
Hər iki dövlətdə var.

4)Parçala hökm sür siyasəti ?
Hər iki dövlətdə var.


Əgər bu sadalananlar hər iki dövlətdə mövcuddursa,bəs nə üçün ABŞ demokratiyanın beşiyi adlanır,Rusiya isə vəhşi Rus ayısı obrazında dünya xalqlarına təbliğ olunur ?

Uzun sualdır,amma düşündürücü deyilmi ?

1)Amerika Birləşmiş Ştatları yerli Hindulara qarşı genosid,etnik təmizləmə apararaq onların qanı üzərində 50 ştatlı dövlət qurublar.

2)Afroamerikalılara qarşı illərdir bitməyən irqçilik siyasəti hələ də davam edir.

3)Sömürgə hakimiyyəti ilə öz büdcəsinin 60 faizini formalaşdırır.

4)İraqı,Suriyanı,Liviyanı və digər müsəlman dövlətlərini bərpa olunmaz hala saldı.

5)Bütün iqtisadi məsələlərin həll edicisi rolunu oyanayan tərəfdir.

6)Dünyadakı pay bölgüsündə ən çox qazanmaq istəyən tərəfdir.


Yuxarıda qeyd etdiklərim eyni ilə Rusiya daxili və xarici siyasətində də mövcuddur.

İndi isə gələk KKB məktəbinin siyasiləşmiş lideri ilə Rusiyanın inkişaf etmə dinamikasına.

Qeyd etdiyim kimi,Putin hakimiyyətinin ilk illərində Rusiyada bütün siyasi ssenarilər uğurla inkişaf yoluna qədəm qoysa da birdən-birə geriləmələr meydana çıxdı.Bəs bunun səbəbi nə idi ?

1)Rus dərin dövlətinə itaətsizlik.
2)Şəxsi maraqlarına daha çox önəm vermək.
3)Vassallarını hər an özünə birləşdirə bilmək üçün müəyyən rıçakları əlində tutmaq.
4)Əraziləri yenidən böyüdüb Modern SSR-ni bərpa etmək.

Axı, əvvəldə qeyd etdim ki,ABŞ Rusiyanın bütün hərəkətlərini səssizcə izləyir və təhlil edirdi.Demək,sükutun pozulması anı yetişdi.Rusiyanı inkişaf etməkdə olan modeldən ələ yatımlı,zəif Rusiya modelinə geri qaytarmağın tam zamanı məhz indidir.Ona görə də ilk cəhd kimi "Təyyarə qalmaqalı"nda Türkiyə ilə Rusiyanı üz-üzə gətirib ilk poliqon kimi ya Türkiyənin özü ya da xarabalığa çevrilən Suriya ərazisi məkan kimi seçilmişdi.Lakin,iki dərin dövlətin hazırki simaları bunu vaxtında anladı və bu təxribata getmədi.Belə olan halda isə köhnə münaqişə ocağı olan Ukrayna məsələsi gündəmə gəldi.Dünya mediası dayanmadan Rusiyanı bu bataqlığa çəkmək üçün hər gün xəbərlər tirajladı və nəhayyət öz ambisiaları uğrunda hər şeyə hazır olan milyarder Putin bu tələyə düşməli oldu.
Putin düşünürdü ki,Ukrayna ilə müharibədən ikibaşlı qazancla çıxacaq amma 8 il əvvəlki müharibəyə əsaslanıb qiymətləndirmə etmək Rusiyanın parçalanmasını an məsələsinə gətirib çıxartdı.
Müharibənin 2-ci ayıdır və nəticə sıfır.
Artıq Putin anladı ki,KKB məktəbi də ona kömək etməyəcək və hər şey gecdir.
Bundan sonrakı gedişat nə olacaq ?
Sülh danışıqlarında qəsddən heç bir nəticə əldə olunmayacaq.Məqsəd isə Rusiyanın iqtisadiyyatını bərpa olunmaz vəziyyətə gətirmək və daxildəki etnik xalqların müstəqillik bəyanatını səsləndirməklə parçalanmaya start vermək.
İngiltərə dərin dövlətinin ssenarisi əsasında ABŞ-ın əli ilə Rusiyanı parçalayıb rəqabətsiz vahid qütb formalaşdırmaq,müstəqil olacaq yeni dövlətlərin bütün resurslarından ancaq və ancaq qazanc əldə etməklə yeni dünya düzəni formalaşdırmaq.
Beləliklə,digər böyük siyasi güclərin hökmranlıq etməsinə maneə qalmayacaq.
Bunu da unutmayaq ki,Rusiya Ukraynaya etdiyi təcavüzdə təkbətək döyüşmür.Sübut buraxmadan dəqiqliklə işləyən İngilis kəşfiyyatının əli ilə bir neçə ölkənin birləşmiş qüvvələri və silah-texnikasına qarşı Rus hərb sənayesi təkbaşına savaşır.
İkinci Dünya savaşında məhz İngiltərə və ABŞ-ın dəstəyi ilə Hitler Almaniyasına qalib gələn lovğa Rus ordusu Ukrayna xalqının döyüşkənliyini də çoxdan unutmuş olub.Rusiya heç vaxt etiraf etmədi ki,2-ci Dünya savaşında əsas üzbəüz döyüşlərin aparıcı qüvvəsi də məhz Ukrayna xalqı olub.

Putin anlasa da artıq gecdir !

Tut yemiş bülbül kimi səssiz qalan Putin isə müharibəni dayandırmaq üçün hər cür bəhanələrdən istifadə etməyə cəhd edir,lakin ABŞ-BRİTANİYA cütlüyü tarixi fürsəti əldən vermək fikrində deyil.

Sonda nə olacaq ?

Rusiyasız yeni dünya düzənində xəritədə ayrı -ayrı dövlətlər meydana gələcək və canla-başla ABŞ dövlətinə xidmət edəcək.
Putinin rubl oyunu,neft-qazın satışının rublla aparması prossesi qısa müddətlidir.Rusiya parçalanacaq və düşünürəm ki,hərbi cinayyətlərinə görə Putin "HAQA" məhkəməsinə veriləcək.
Növbəti hədəf isə Çin olacaq.
Yaxın şərqin kurasiyası isə Türkiyənin öhdəsinə düşəcək.Bəlkə də "TURAN" modeli ilə.
Bu prosseslərdə inanıram ki,dövlətimiz və rəhbərlik daha diqqətli və təmkinli davranaraq Azərbaycanımızı qazanclı çıxaracaq.

Ramin Əliyev(Əziz)

XƏBƏR LENTİ