Rusiya PUA-sı Türkiyə ərazisinə düşüb

706 22-06-2022, 15:42 dunya

Rusiya PUA-sı Türkiyə ərazisinə düşübTürkiyənin Gümüşhane şəhərinin Kürtün rayonunda dağlıq ərazidə qəzaya uğramış Rusiyanın “Orlan-10” pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

Xeberdar.net “Haber Global”a istinadən xəbər verir ki, nə zaman düşdüyü müəyyən edilməyən PUA-nı göbələk yığımına gedən vətəndaşlar tapıb.

1400 kilometr mənzilli PUA-nın müharibə səbəbindən Ukrayna və ya Suriyadan siqnal itdikdən sonra bu bölgəyə gəlib çatdığı güman edilir.

Təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən götürülən PUA ekspertiza üçün paytaxt Ankaraya göndərilib.

Xeberdar.net

XƏBƏR LENTİ