Bitkoinin qiyməti 20 min dollardan aşağı düşüb

1 225 3-09-2022, 10:32 iqtisadiyyat

Bitkoinin qiyməti 20 min dollardan aşağı düşübDünyanın aparıcı kriptovalyutası – bitkoinin qiyməti 20 min ABŞ dollarından aşağı düşüb. “Report” xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 0,92 % ucuzlaşaraq 19,953 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 381 milyard ABŞ dolları kimi azalıb.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 1,45 % azalaraq 1,567 min ABŞ dolları olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər itirən “Solana”dır.

Kriptovalyuta bazarının toplam dəyəri 979 milyard ABŞ dollarına düşüb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 09:33-ə olan məlumatları aşağıdakı kimidir.

XƏBƏR LENTİ