Azərbaycan 8 ayda 18 milyon ton neft və 14 milyard kubmetr qaz ixrac edib

Azərbaycan 8 ayda 18 milyon ton neft və 14 milyard kubmetr qaz ixrac edibBu ilin 8 ayı üzrə operativ məlumatlara görə, Azərbaycanda hasil edilmiş 21,8 milyon ton neftin 17,6 milyon tonu ixrac edilib.

Bunu energetika naziri Pərviz Şahbazov bildirib.

Bundan başqa, onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 % artımla hasil edilmiş 30,6 milyard kubmetr qazın 14,4 milyard kubmetri ixrac olunub.

Xatırladaq ki, hazırda Azərbaycandan BTC boru kəməri ilə Azəri-Çıraq-Günəşli (AÇG) nefti və Şahdənizdən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan neft nəql edilir.

BTC vasitəsilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından hasil edilən kondensat nəql olunur. “BTC Co”-nun səhmdarları aşağıdakılardır: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “Itochu” (3,4 %); INPEX (2,5 %), “Exxon Mobil” (2,5 %) və “ONGC (BTC) Limited” (2,36 %).

Qeyd edək ki, təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.

Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 11 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Azərbaycan 8 ayda 18 milyon ton neft və 14 milyard kubmetr qaz ixrac edib

  • 12-09-2022, 10:23
  • 330


Oxşar mövzular
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI