Qubada “Ailələrə Sosial Dəstək” İctimai Birliyi “Təhsil Gələcəkdir” layihəsinin icrasına başlayıb

Qubada “Ailələrə Sosial Dəstək” İctimai Birliyi “Təhsil Gələcəkdir” layihəsinin icrasına  başlayıb

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin “Təhsil Gələcəkdir” layihəsinin icrası 01 sentyabr 2022-ci il tarixindən etibarən başlayıb. Bu barədə saytımıza İctimai birliyin sədri, layihənin rəhbəri Esmira Rəhimova bildirib.
Esmira Rəhimova deyib ki, layihənin məqsədi insanların əsas hüquqlarından birinin təhsil almaq olduğunun yeniyetmə qızlara aşılanması, uşaqların, xüsusilə də qızların cəmiyyətin inkişafında mühüm faktorlardan olan təhsildən yayınmasının qarşısını almaq, qızların təhsillərini davam etdirərək inkişafla ayaqlaşmasına, maddi və mənəvi müxtəlifliyin içində doğrunu seçməklərinə, mütərəqqi düşünə bilmək və mütərəqqi ola bilmələrinə stimul vermək, yeniyetmə qızların harmonik inkişafına kömək edilməsi, geriqalma probleminin aradan qaldırılmasıdır. Layihənin icra müddəti 3 aydır. 3 ay ərzində Quba rayonunda tədbirlərin keçirilməsi nəzərdə tutulur.Keçirilən tədbirlər nəticəsində yeniyetmələr erkən nikahın zərərləri, təhsilin bugünkü və gələcək əhəmiyyəti barədə məlumatlanacaqlar, məktəblilər arasında erkən nikah və onun fəsadları haqqında maariflənmə işləri genişlənəcək, yeniyetmələrə təhsilin başlıca məqsədlərindən olan “öyrənməyi öyrətmək” prinsipi aşılanacaq, yeniyetmə qızların potensial imkanları üzə çıxacaq, yeniyetmələr arasında aparılan maarifləndirmə işləri vasitəsilə problem ailələrə nüfuz edəcək, valideynlərin bu problemə diqqəti artacaqdır.
Layihə çərçivəsində əldə olunacaq bütün nəticələr sosial media hesabları üzərindən ictimaiyyətin diqqətinə çatdırılacaqdır.

xeberdar.net

Qubada “Ailələrə Sosial Dəstək” İctimai Birliyi “Təhsil Gələcəkdir” layihəsinin icrasına başlayıb

  • 16-09-2022, 21:58
  • 317


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənc üçün ustad dərslərinə start verdi
  2. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənclərə ikinci ustad dərslərini keçdi
  3. Bakıda 2 yeniyetmə qız itkin düşüb
  4. Çin yuanı dollar qarşısında 14 ilin ən aşağı səviyyəsinə çatıb
  5. "Rusiyanın yeni əsgərləri "süngü üçün yağ" olacaq..."
  6. Azərbaycan nefti bahalaşıb
  7. “From class to SPACE-sinifdən KAİNATA" fərdi layihəsinin açılış mərasimi keçirilib
  8. Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
  9. İlham Əliyev Bolqarıstana rəsmi səfərə gedib - Fotolar
  10. Baş Prokurorluq: “Ukraynada müharibədə 397 uşaq həlak olub”
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI