Zerti kəndi ərazisində mərmi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib
İşğaldan azad edilmiş ərazilərdə Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Zerti kəndi ərazisində mərmi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.