Keçmiş ədliyyə naziri ölüm cəzasına məhkum edildi

Keçmiş ədliyyə naziri ölüm cəzasına məhkum edildiMəhkəmə Çin Xalq Respublikasının keçmiş ədliyyə naziri Fu Çjenxuanı edam cəzasına məhkum edib.

Xeberdar.net-in məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Korrupsiya cinayətləri ilə bağlı hökmü cümə axşamı Jilin əyalətinin Çançun şəhərinin Xalq Məhkəməsi elan edib.

“Fu Çjenxua rüşvətxorluğa görə iki illik möhlətlə edama məhkum edilir”, - məlumatda deyilir.

Məhkəmə müəyyən edib ki, Fu Çjenxua öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün rüşvət alıb. İstintaq müəyyən edib ki, eks-nazir 117 milyon yuandan çox (təxminən 16,5 milyon dollar) rüşvət alıb.

Təqsirləndirilən şəxs özünü təqsirli bilib, peşman olduğunu deyərək, qanunsuz yolla əldə etdiyi vəsaiti qaytarıb. Məhkəmə iki illik möhlətdən sonra ölüm hökmünün şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbslə əvəz oluna biləcəyinə qərar verib.

Fu Çjenxua 2013-2018-ci illərdə Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyinin rəis müavini, 2018-2020-ci illərdə isə ədliyyə naziri vəzifəsində çalışıb.

2021-ci ilin oktyabrında o, korrupsiya cinayətlərində şübhəli bilinərək istintaqa cəlb olunub.

Keçmiş ədliyyə naziri ölüm cəzasına məhkum edildi

  • 22-09-2022, 10:46
  • 338


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənc üçün ustad dərslərinə start verdi
  2. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənclərə ikinci ustad dərslərini keçdi
  3. Bakıda 2 yeniyetmə qız itkin düşüb
  4. Çin yuanı dollar qarşısında 14 ilin ən aşağı səviyyəsinə çatıb
  5. "Rusiyanın yeni əsgərləri "süngü üçün yağ" olacaq..."
  6. Azərbaycan nefti bahalaşıb
  7. “From class to SPACE-sinifdən KAİNATA" fərdi layihəsinin açılış mərasimi keçirilib
  8. Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
  9. İlham Əliyev Bolqarıstana rəsmi səfərə gedib - Fotolar
  10. Baş Prokurorluq: “Ukraynada müharibədə 397 uşaq həlak olub”
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI