Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gəlib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Baş nazir Moskva şəhərində 2-ci Xəzər İqtisadi Forumunda iştirak edəcək, həmçinin bir sıra Xəzəryanı ölkələrinin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.