DYP hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

DYP hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edibDaxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

Qurumdan Musavat.com-a daxil olan müraciətdə bildirilir ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərir:

"Xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, yol nişanlarını, nişanlama xətlərini, ümumiyyətlə nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır. Həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə əlverişsiz havalarda daha diqqətli olmağı, sürət həddini real vəziyyətə uyğun nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yol çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik".

DYP hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

  • 29-10-2022, 12:39
  • 765


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Tahir Bağırov adına 59 saylı tam orta məktəbdə Kəlağayı gününə həsr olunmuş tədbir keçirildi
  2. Şair-publisist Güllü Eldar Tomarlı medal və fəxr diplomla təltif edildi
  3. DÜNYA KÜTLƏVİ ACLIQ ASTANASINDA... - İki seçim yolu var (ARAŞDIRMA + FOTO)
  4. “Rusiya Aleksandr Lukaşenkoya sui-qəsd hazırlayır” - ABŞ analitikləri
  5. Böyük Qayıdış futbol çempionatında 1/2 finalçılar müəyənləşdi.
  6. “Ukraynaya yardım qərb ölkələrinə baha başa gəlir” - NATO-nun baş katibi
  7. Tokayev Rusiyaya səfər edib
  8. Hərbçimiz vəfat etdi
  9. İranda 7 azərbaycanlı fəal həbs olunub - FOTOlar
  10. İki gündə cinayətdə şübhəli 74 nəfər saxlanılıb
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI