“Dünya, Ana və Uşaqlar” İctimai Birliyi Lerikdə erkən nikahla mübarizə sahəsində tədbir həyata keçirmişdir

“Dünya, Ana və Uşaqlar” İctimai Birliyi Lerikdə erkən nikahla mübarizə sahəsində tədbir həyata keçirmişdir“Dünya, Ana və Uşaqlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Erkən nikah - ailə genefondu təhlükə ilə üz-üzə” adlı layihəsi çərçivəsində Lerik rayonunda tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə açan “Dünya, Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva layihənin əsas məqsədi, qarşıya qoyulmuş vəzifələr, ölkəmizdə erkən nikahın qarşısının alınması sahəsində qeyri-hökumət təşkilatlarının rolunu qeyd etmiş, dövlətin sosial sahədə apardığı siyasətin əsas istiqamətlərindən biri olduğunu qeyd etmişdir.
Layihəyə cəlb olunmuş ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Araz Nurməmmədov erkən nikahın qarşısının alınması üçün gənclərin ali və peşə təhsilinə yönləndirilməsinin vacib olduğunu, valideynlər və müəllimlərin gənclərin təhsil və tərbiyəsinə xüsusi qayğının zəruri olduğunu qeyd etmişdir. Tədbir interaktiv formada və müzakirə xarakterli olmuşdur. Belə ki, tədbir iştirakçıları erkən nikahın qarşısının alınması sahəsində tədbirlərin keçirilməsinin zəruri olduğunu, keçirilmiş tədbirlərin erkən nikahın qarşısının alınmasına müsbət təsirindən söz açmışlar. Lerik rayonunda son vaxtlar erkən nikah probleminin qismən aradan qaldırılmış olması, gənclərin təhsilə yönləndirilməsi istiqamətində dövlətin apardığı islahatlardan öz razılıqlarını ifadə etmişlər.
Xeberdar.net


“Dünya, Ana və Uşaqlar” İctimai Birliyi Lerikdə erkən nikahla mübarizə sahəsində tədbir həyata keçirmişdir
“Dünya, Ana və Uşaqlar” İctimai Birliyi Lerikdə erkən nikahla mübarizə sahəsində tədbir həyata keçirmişdir
“Dünya, Ana və Uşaqlar” İctimai Birliyi Lerikdə erkən nikahla mübarizə sahəsində tədbir həyata keçirmişdir
“Dünya, Ana və Uşaqlar” İctimai Birliyi Lerikdə erkən nikahla mübarizə sahəsində tədbir həyata keçirmişdir

“Dünya, Ana və Uşaqlar” İctimai Birliyi Lerikdə erkən nikahla mübarizə sahəsində tədbir həyata keçirmişdir

  • 28-10-2022, 19:28
  • 845


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Tahir Bağırov adına 59 saylı tam orta məktəbdə Kəlağayı gününə həsr olunmuş tədbir keçirildi
  2. Şair-publisist Güllü Eldar Tomarlı medal və fəxr diplomla təltif edildi
  3. DÜNYA KÜTLƏVİ ACLIQ ASTANASINDA... - İki seçim yolu var (ARAŞDIRMA + FOTO)
  4. “Rusiya Aleksandr Lukaşenkoya sui-qəsd hazırlayır” - ABŞ analitikləri
  5. Böyük Qayıdış futbol çempionatında 1/2 finalçılar müəyənləşdi.
  6. “Ukraynaya yardım qərb ölkələrinə baha başa gəlir” - NATO-nun baş katibi
  7. Tokayev Rusiyaya səfər edib
  8. Hərbçimiz vəfat etdi
  9. İranda 7 azərbaycanlı fəal həbs olunub - FOTOlar
  10. İki gündə cinayətdə şübhəli 74 nəfər saxlanılıb
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI