İranda aksiyalar davam edir

653 6-11-2022, 10:43 dunya

İranda aksiyalar davam edirXəbər verdiyimiz kimi, İranda 22 yaşlı Məhsa Əmininin ölümü ölkədə kütləvi etirazlara səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İranın bəzi şəhər və universitetlərində etiraz aksiyaları davam edir.

Tehranda Əmir Kəbir Universitetinin, Elm və Texnologiya Universitetinin tələbələri həbslərə, universitetə ​​giriş qadağasına, tələbələrin universitetdən qovulmasına etiraz olaraq nümayiş keçirib.

Babul Noşirevani Universitetinin tələbələri 2 tələbənin həbsinin davam etməsinə, 17 tələbənin isə intizam cəzasına məruz qalmasına etiraz ediblər.

Sakkız şəhərində isə mağaza sahibləri etirazlara dəstək üçün tətil edərək mağazalarını bir günlük bağlayıblar.

XƏBƏR LENTİ