İranda neft emalı zavodunun işçiləri etiraz aksiyası keçirdi

208 19-01-2023, 16:08 dunya

İranda neft emalı zavodunun işçiləri etiraz aksiyası keçirdiİranın Abadan şəhərində yerləşən neft emalı zavodunun rəsmi işçiləri etiraz aksiyası keçiriblər.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu kimi aksiyalara Xark şəhərində yerləşən Neft Terminalları Şirkətinin əməkdaşları da qoşulub.

Vergi və Maaş Haqqında Qanunun 10-cu maddəsinə etiraz edərək əməkhaqlarının artırılmasını və vergitutmaların azaldılmasını tələb ediblər.

Türbət-Cəm şəhərində isə narazı əhali və gənclər küçələrə çıxaraq soyuq və qazın kəsilməsi böhranına etiraz ediblər. Amma hökumət qüvvələri etiraz edən camaata atəş açıblar. Atışmada ölən və yaralananların sayı barədə dəqiq məlumat yoxdur.

XƏBƏR LENTİ