İranlı alimlər 11 Qərb ölkəsinə müraciət etdi

198 23-01-2023, 10:34 dunya

İranlı alimlər 11 Qərb ölkəsinə müraciət etdiİrandan kənarda yaşayan 41 tanınmış siyasətçi və alim Tehran rejiminin BMT-dəki nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması tələbi ilə 11 Qərb ölkəsinə müraciət məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, müraciətçilər Qərb ölkələrinin rəhbərlərindən İran nümayəndə heyətinin fəaliyyətinin dayandırılması üçün BMT-dəki səfirlərinə göstəriş vermələrini istəyiblər.

“İran hakimiyyətinin narazılara qarşı repressiyalarını, beynəlxalq öhdəliklərinə əməl etməməsini, Baş Assambleyanın daxili nizamnaməsinə və prosedur qaydalarına istinad edərək, BMT-nin məqsədlərinə etinasız yanaşdığı səbəbindən İran nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasını tələb edirik”, - müraciətdə bildirilib.

Müraciətçilər arasında nüfuzlu Güney azərbaycanlı siyasətçi Həsən Şəriətmədarinin də olduğu bildirilib.

XƏBƏR LENTİ