Xankəndidəki partlayışda ölənlərin sayı nə qədərdir?

214 27-09-2023, 10:06 cemiyyet

Xankəndidəki partlayışda ölənlərin sayı nə qədərdir?2023.09.26 - 21:32

Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışda 68 nəfərin öldüyü təsdiqlənib.

Xeberdar.net-in məlumatına görə,bu barədə erməni mediasına açıqlamasında keçmiş separatçı-terrorçu rejimin keçmiş "ombudsmanı" Geqam Stepanyan deyib.

O, ən azı 125 nəfərin partlayışda ölməsi xəbərini təkzib edərək bildirib ki, 290 nəfər xəsarət alıb, onlardan 168-i Ermənistandakı tibb müəssisələrinə aparılıb. Onlardan 96-sı helikopterlə, 72-si təcili yardım maşını ilə Ermənistana gətirilib.

Qeyd olunub ki, partlayış nəticəsində 105 nəfər itkin düşmüş hesab olunur.

O, həmçinin əlavə edib ki, Ermənistana yalnız döyüş əməliyyatları (lokal antiterror tədbirləri - red.) nəticəsində ölənlərin meyitləri gətirilib, partlayış nəticəsində ölənlərin cəsədləri və qalıqlarının yaxın günlərdə daşınması planlaşdırılır.

Xatırladaq ki, az öncə Ermənistan Səhiyyə Nazirliyi partlayışda "ən azı 125 nəfərin öldüyü" haqda məlumat yaymışdı.