,,Tanrıdan pay idi Azərbaycana" adlı antologiyanın təqdimatı keçirildi

515 15-10-2023, 23:44 cemiyyet / medeniyyet

,,Tanrıdan pay idi Azərbaycana" adlı antologiyanın təqdimatı  keçirildi14 oktyabr 2023-cü ildə Heydər Əliyev Mərkəzində, Aşıq Pəri Məclisi"nin araya -ərsəyə gətirdiyi Ulu öndərimizə həsr olunmuş ,,Tanrıdan pay idi Azərbaycana"adlı antologiyasının təqdimatı keçirildi. Təqdimat ,,Aşıq Pəri Məclisi"nin və A.M. Şərifzadə adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutdu.
Tədbiri giriş sözü ilə məclisin rəhbəri şair Pərvanə xanım Zəngəzurlu açaraq gələn qonaqları salamladı. Sonra A.M. Şərifzadə adına Mədəniyyət Mərkəzinin rəhbəri Ziyavər Əhmədova öz ürək sözlərini söyləyərək tədbiri açıq elan etdi. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra məclisin sədr müavini şair Südabə İrəvanlı kitabın necə araya -ərsəyə gəlməsindən danışdı.
Məclisdə müxtəlif peşə sahibləri olan ziyalılar, ikinci Qarabağ müharibəsində iştirak etmiş vətən qaziləri də çıxış etdilər. Ulu öndərimizin Azərbaycanın çiçəklənməsində ,onun dünyaya tanınmasındakı misilsiz xidmətlərindən söhbət açdılar.
Məclisdə xaricdə yaşayan diaspora rəhbərləri, QHT və İcma nümayəndələri qonaq qismində çıxış etdilər. Daha sonra tədbirin bədii -musiqili hissəsinə yer verildi. Kitabda şeirləri yer alan şairlər ulu öndərə həsr etdikləri şeirlərindən söylədilər. Aşıq Ruhiyyə Qarabağlı, Aşıq Həqiqət Şınıxlının çıxışları tədbirə xoş əhvalı - ruhiyyə gətirdi. qiraət ustalarının çıxışları da könülləri oxşadı. Tədbir aşıq Həqiqət Şınıxlının ifasında ulu öndərimizə həsr olunmuş musiqisinin sədaları altında başa çatdı.
Bu gözəl tədbirin baş tutmasında dəstəyə görə Heydər Əliyev Mərkəzinin və M A.Şərifzadə adına Mədəniyyət Mərkəzinin rəhbərinə məclisimiz adından öz təşəkkürümüzü bildiririk.

Minirə Dadaşqızı.
Aşıq Pəri Məclisinin mətbuat katibi.
15.10.2023.

XƏBƏR LENTİ