Bu şirkət Qarabağda işçiləri qanunsuz çalışdırdı…

453 20-12-2025, 11:20 cemiyyet

Bu şirkət Qarabağda işçiləri qanunsuz çalışdırdı…Tikinti sahəsində fəaliyyət göstərən “Royal Construction” şirkəti xeyli miqdarda cərimələnib.

Xeberdar.net Teleqraf-a istinadən məlumat verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin tələblərini pozub.

Belə ki, əmək müqaviləsi olmadan işçi çalışdıran şirkət barədə protokol tərtib edilib. Məlum olub ki, “Royal Construction” Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində tikinti fəaliyyəti ilə bağlı çalışan əməkdaşları ilə əmək müqaviləsi imzalamayıb.

Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, “Royal Construction” 20 min manat məbləğində cərimələnib.

XƏBƏR LENTİ