Rusiyadakı etiraz aksiyaları ölkədəki situasiyanı dəyişməyəcək, amma bu müəyyən mərhələdə hökumətin parçalanmasını aktivləşdirə bilər.Axar.az xəbər verir ki, bunu “Apostrof” saytına müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski söyləyib.
“Əgər hökumət nümayəndələri kütlənin etirazını dəstəkləsəydilər, o zaman yuxarıdan gələn siqnallarla yüz minlərlə insan küçələrə çıxardı. Lakin indiki zamanda bu ssenari az inandırıcıdır. Elita ölümcül şəkildə öz kreslosuna yapışıb. Ona görə ki, indiki zamanda inqilab heç kimə lazım deyil, amma xalqın da dözümü artıq kritik xətti keçib. Yeni sanksiyalar Rusiya Prezidenti Vladimir Putinə yaxın olan şəxslərə aid ediləcək. Elita artıq bu mesajı alıb və başa düşüb ki, Putindən nə qədər uzaq olsa, o qədər milyardlarını qoruya biləcək”, – deyə o bildirib.
Xeberdar.net