20 Yanvarın həftənin şənbə gününə təsadüf etməsinə baxmayaraq, həmin gün Ümumxalq Hüzün Günü olduğundan növbəti həftənin bazar ertəsi günü, yəni yanvarın 22-si iş günü hesab ediləcək.
Moderator.az xəbər verir ki, yanvarın 20-si Ümumxalq Hüzün Günü olduğundan ölkədə iş günü hesab edilmir. Lakin Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri yalnız iş günü hesab olunmayan bayram günləri ilə üst-üstə düşdükdə həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. 20 Yanvarın şənbə gününə təsadüf etməsinə baxmayaraq, Ümumxalq Hüzün Günü olduğundan növbəti həftənin bazar ertəsi günü, yəni yanvarın 22-si iş günü hesab ediləcək.
Qeyd edək ki, 2018-ci ildə 1, 2 yanvar - Yeni il bayramı, 20 Yanvar - Ümumxalq Hüzün Günü, 8 Mart - Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart - Novruz bayramı, 9 May - Faşizm üzərində Qələbə günü, 28 May - Respublika Günü, 15 İyun - Milli Qurtuluş Günü, 15,16 iyun - Ramazan bayramı, 26 İyun - Silahlı Qüvvələri Günü, 22, 23 avqust - Qurban bayramı, 9 Noyabr - Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesab edilmir
Xeberdar.net