Ermənistan hakimiyyətində böhran - Nazir istefa verdi

673 18-01-2018, 17:34 dunya / gundem

Ermənistan hakimiyyətində böhran - Nazir istefa verdiErmənistanın enerji infrastruktur və təbii ehtiyatlar naziri Aşot Manukyan istefaya gedib.

Xeberdar.net erməni mediasına istinadən xəbər verir. Məlumata görə, nazirin mətbuat katibi Basak Tarpoşyan faktı təsdiqləyib. Ancaq deyib ki, hələlik nazir vəzifənin icrasını davam etdirir. “O, bu gün hökumətin iclasında iştirak edib. Ancaq istefanın səbəbləri hələlik məlum deyil”- Tarpoşyan əlavə edib.

A.Manukyan 2016-cı ildən nazir postunu tuturdu.

Belə görünür ki, prezident seçkiləri öncəsi Ermənistandakı böhran və xalq etirazlarının artması hakim düşərgədə də çat yaradıb.

Xeberdar.net

XƏBƏR LENTİ