Bu gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilir.
Moderator.az xəbər verir ki, spiker Oqtay Əsədov iclası açıq elan edib. O bildirib ki, bu il parlamenti gərgin işlər gözləyir:
“Azərbaycan Xalq Cümhuriyyətinin, həmçinin parlamentin yaranmasının 100 illiyi tamam olur. Cənab prezident dedi ki, bu tədbir dövlət səviyyəsində qeyd olunacaq. Yəqin ki, biz də iyun ayının 8-də parlamentin 100 illiyi ilə bağlı möhtəşəm tədbir keçirəcəyik. Bunun üçün qrup da yaranıb.
Bu il həmçinin baş nazirin, Ombudsmanın hesabatı Milli Məclisdə dinləniləcək”.
Xeberdar.net