Azərbaycan sərmayəli “Azmont Investments” şirkətinin Monteneqrodakı 650 milyon avroluq premium klass “Portonovi” kurortunun yaxt limanındakı əməliyyatları “D-Marin” şirkəti idarə edəcəkdir.
“Marja” xəbər verir ki, “Azmont Investments” və “D-Marin” arasında əməliyyatların yerinə yetirilməsini nəzərdə tutan saziş imzalanıb.4
“Portonovi” Kurortunun yaxt limanı “Portonovi Marina” 238 dayanacaqdan ibarətdir.
“Azmont Investments” şirkəti Azərbaycanın investisiya holdinqi “Azerbaijan Global Investments”ə (AGI) bağlıdır.
“D-Marin” şirkəti isə Türkiyənin “Doğuş Group” şirkətinə bağlıdır.
Xeberdar.net