Prezidentliyə namizədlər üçün vacib xəbər - Təcili

1 089 6-02-2018, 17:13 gundem

Prezidentliyə namizədlər üçün vacib xəbər - Təcili
Mərkəzi Seçki Komissiyası Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.

Qərara əsasən, Azərbaycanda növbəti prezident seçkisi 2018-ci il 11 aprel tarixinə təyin edilib.

***

16:27

Növbədənkənar prezident seçkilərində prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi səsvermə gününə ən çox 50 gün, ən azı 30 gün qalanadək, yəni 2018-ci il fevralın 27-dən martın 12-i saat 18.00-dək davam edəcək.

Teleqraf.com xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi, növbədənkənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planına əsasən Azərbaycanın bütün ərazisində seçkilərin müşahidəsinin aparılması ərizələrin MSK-ya təqdim edilməsi seçkilərin təyin edilməsi barədə qərar qüvvəyə mindikdən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalana qədər, yəni aprel ayının 1-dək MSK-ya müraciət edəcəklər.

Seçki dairəsi ərazisində müşahidələrin aparılmasına dair ərizələr seçkilərin təyin olunması barədə qərar qüvvəyə mindikdən başlayaraq seçkilərə 5 gün qalanadək, yəni aprelin 6-dək dairə seçki komissiyalarına təqdim edilə bilər.

Təbliğat-təşviqat kampaniyası səsvermə gününə 63 gün qalmış başlayacaq, 1 gün qalmış başa çatacaq.

Seçici siyahılarında əlavə və dəqiqləşdirmələrin aparılması səsvermə gününə azı 35 gün qalanadək, yəni martın 7-ə qədər davam edəcək.

Seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.

Bu proses də martın 19-da başlayır, aprelin 10-u saat 8.00-da dayandırılacaq.

***

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) Prezident İlham Əliyevin 2018-ci il aprelin 11-nə növbədənkənar prezident seçkilərinin təyin edilməsi haqqında sərəncamı ilə bağlı iclas keçirib.

Teleqraf.com-un xəbərinə görə, MSK-nın iclasında növbədənkənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planını qəbul edib.

Təqvim Planında seçki qanunvericiliyində nəzərdə tutulan əsas hərəkət və tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə qarşıdan gələn Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin yerinə yetirilmə ardıcıllığı, müddətləri və subyektlərin əhatə dairəsi müəyyən edilib.

Təqvim Planında qeyd olunur ki, seçkilərin elan edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanır. Aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi bloklar namizədlərini irəli sürə bilərlər.

Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

XƏBƏR LENTİ