Bakıdan Bərdə-Ağdam istiqamətinə sərnişin qatarı getməyəcək

3 476 12-02-2018, 11:10 cemiyyet / gundem

Bakıdan Bərdə-Ağdam istiqamətinə sərnişin qatarı getməyəcəkBundan sonra Bakıdan Bərdəyə və Ağdam istiqamətinə sərnişin qatarları getməyəcək.

Moderator.az -a bu haqda Köçərli-Bakı qatarının sərnişinləri məlumat verib. Onların sölərinə görə, Azərbaycan Dəmir Yolları Səhmdar Cəmiyyətinin Bərdə stansiyasındakı satış kassalarında bu mövzuda elan yazılıb. Elanda bildirilir ki, səmərəliliyin artırılması və gəlirlərin optimallaşdırılması məqsədi ilə 16 fevral 2018-ci ilə tarixdən Bakı-Bərdə-Köçərli-Köçərli-Bərdə-Bakı istiqamətində sərnişin qatarlarının fəaliyyəti dayandırılacaq.

Qurumun onlayn bilet satışı bölməsində həqiqətən Bakı-Bərdə-Köçərli istiqamətində son satış tarixi kimi 14 fevral göstərilib. 15, 16, 17 və s. tarixləri artıq bilet satışı yoxdur.

Xatırladaq ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından öncə Bakı-Yevlax-Bərdə-Ağdam dəmiryolu xətti Xankəndinədək uzanırdı. 1967-ci ildə Yevlax-Ağdam-Bərdə xətti, 1977-ci ildə isə Ağdam-Xankəndi çəkilib. 1993-cü ildə Ağdam rayon mərkəzi və ətraf kəndlərin işğalından sonra Bakıdan həmin istiqamətdə sonuncu stansiya Tərtər rayonunun Köçərli kəndində olub.

Xeberdar.net

XƏBƏR LENTİ