Məşhur ticarət mərkəzində qanlı hadisə

604 12-02-2018, 19:03 cemiyyet / gundem

Məşhur ticarət mərkəzində qanlı hadisəÖtən gün Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində qanlı hadisə baş verib.

Moderator.az-a daxil olan məlumata görə, Türkan Ağahüseyn qızı Nəsirli bədənin deşilmiş-kəsilmiş yaraları xəsarətləri ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, qadının bədəninin bir neçə yerində bıçaq xəsarətləri var. Xəstəxanaya gələn hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkmişi dindirən zaman məlum olub ki, qadın, Samir adlı şəxs tərəfindən bıçaqlanıb.

Mübahisənin hansı səbəbdən baş verməsi isə istintaq sirri olduğundan açıqlanmır.

Hazırda Qaradağ RPİ-si 10-cu Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışlarına başlayıb.

Xeberdar.net

XƏBƏR LENTİ