Polisdən əməliyyat - 58 nəfər tutuldu

684 21-02-2018, 10:40 cemiyyet / gundem

Polisdən əməliyyat - 58 nəfər tutulduRespublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 136 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Xeberdar.net-ə bildirilib ki, axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Xeberdar.net

XƏBƏR LENTİ