Sumqayıtda 4 yaşlı uşağın üstünə qaynar su dağılıb

685 5-03-2018, 11:14 cemiyyet / gundem

Sumqayıtda 4 yaşlı uşağın üstünə qaynar su dağılıbSumqayıtda 4 yaşlı uşaq qaynar sudan yanıb. "Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 6-cı mikrorayonunda da baş verib.

Belə ki, Sumqayıt şəhər 6-cı mkr., ev 32, mənzil 57-də yaşayan 2014-cü il təvəllüdlü Xədicə Anar qızı Abbasovanın ehtiyatsızlıqdan üstünə qaynar su dağılıb. Azyaşlı dərhal xəstəxanaya çatdırılıb.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xidmətindən verilən məlumata görə, 4 yaşlı uşağın vəziyyəti hazırda qənaətbəxşdir.

Xeberdar.net

XƏBƏR LENTİ