Bakıda məktəbli intihara cəhd etdi

710 7-03-2018, 11:04 cemiyyet / gundem

Bakıda məktəbli intihara cəhd etdiÖtən gün Xətai rayonu, M.Hadi küçəsi ev 72-də intihara cəhd faktı qeydə alınıb.

Orxan Qarayev 15-ci mərtəbədən özünü ataraq intihar etmək istəyib. Ancaq Xətai RPİ-i 36-cı Polis Bölməsi əməkdaşları və valideyinlərinin vaxtında müdaxiləsi nəticəsində 16 yaşlı məktəblinin həyatını xilas etmək mümkün olub.

Polis bölməsinə gətirilən Orxan Qarayev dindirilən zaman intihar etməsinin səbəblərini açıqlayıb. Belə ki, Orxanın sözlərinə görə, evdən anasından icazəsiz pul götürüb xərcləyib. Bunu bilən anası onu danlayıb. Anasının danlağını qəbul etməyən yeniyetmə intihar etməyə qərar verib.

Qeyd edək ki, bu, Orxan Qarayevin 1-ci intihara cəhd faktı deyil. Polis bölməsindən bildirdilər ki, Orxan, ötən ildə eyni əmələ görə intihar etmək istəyib.(ölkə.az)

XƏBƏR LENTİ