“Zerkalo” qəzeti onlayn formada fəaliyyətə başladı

691 13-03-2018, 14:34 gundem

“Zerkalo” qəzeti onlayn formada fəaliyyətə başladı
2014-cü ildə fəaliyyəti dayandırılan “Zerkalo” qəzeti onlayn formada öz işinə başlayıb.

Bu barədə “Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, sayt fəaliyyətə başlasa da, tamamlanma işləri hələlik başa çatdırılmayıb:

“Zerkalo”nu da işə saldıq! Əyər-əskikləri hələ var, üzərində iş gedir, amma artıq Zerkalo.az-a baxa bilərsiniz”.

Qeyd edək ki, 1990-cı ildə yaradılan və rus dilində çıxan “Zerkalo” qəzetinin 2014-cü ilin may ayında həftədə bir dəfə işıq üzü görməsi qərara alınsa da, E.Şıxlı həmin ilin avqustunda “Ayna” və “Zerkalo” qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan etmişdi/Kult.az.

XƏBƏR LENTİ