Rəsul Çunayev ermənini 87 saniyəyə məğlub etdi – VİDEO

2 605 25-03-2018, 23:22 idman / gundem / video

Rəsul Çunayev ermənini 87 saniyəyə məğlub etdi – VİDEO
Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə 56-cı “Dan Kolov – Nikola Petrov” beynəlxalq turniri keçirilir.

Oxu.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (72 kq) və qadın güləşçilərimizdən Elis Manolova (65 kq) mübarizə aparıblar. Güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıblar.

Mübarizəyə 1/8 finaldan başlayan Rəsul Çunayev ilk olaraq Polşa (74 saniyəyə 5:0), ardınca Rumıniya idmançısını vaxtından əvvəl (9:0) təmiz qələbə ilə məğlub edib. Yarımfinalda Türkiyə təmsilçisini də üstələyən (5:1) güləşçimiz finala yüksəlib.

Həlledici görüşdə onun rəqibi Fransanı təmsil edən erməni idmançısı Evrik Nikoqosyan olub. Rəqibini 87 saniyəyə məğlub edən Rəsul Çunayev 8:0 hesabı ilə turnirin qızıl medalını qazanıb.

Xeberdar.net

XƏBƏR LENTİ