Mingəçevirdə “Qadınların iqtisadi səlahiyyətləndirilməsi məqsədilə maraqlı tərəflərin əməkdaşlıq imkanları və mexanizmlərinin qurulması” mövzusunda dəyirmi masa keçirilib.-foto

1 366 15-04-2018, 19:47 cemiyyet / bolge / gundem

Mingəçevirdə “Qadınların iqtisadi səlahiyyətləndirilməsi məqsədilə maraqlı tərəflərin əməkdaşlıq imkanları və mexanizmlərinin qurulması” mövzusunda dəyirmi masa keçirilib.-foto
Mingəçevirdə “Qadınların iqtisadi səlahiyyətləndirilməsi məqsədilə maraqlı tərəflərin əməkdaşlıq imkanları və mexanizmlərinin qurulması” mövzusunda dəyirmi masa keçirilib.-foto
14-15 aprel tarixlərində Mingəçevir Media Mərkəzində maraqlı tərəflərin iştirakı ilə “Qadınların iqtisadi səlahiyyətləndirilməsi məqsədilə maraqlı tərəflərin əməkdaşlıq imkanları və mexanizmlərinin qurulması” mövzusunda ikigünlük dəyirmi masa keçirilib. Dəyirmi masa Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf proqramının Demokratiya Monitoru İctimai Birliyinin ekspert qrupu vasitəsilə icra etdiyi “Azərbaycanın Bölgələrində Hüquqi Çərçivə və Qadınların Sosial-İqtisadi Səlahiyyətləndirilməsi Vasitəsilə Gender Bərabərliyinin Təşviq Edilməsi Üçün Genişləndirilmiş Vətəndaş Cəmiyyəti Dəstəyi” layihəsi çərçivəsində təşkil edilib. Məqsəd qadınların səlahiyyətləndirilməsi üzrə müxtəlif tərəflərin – dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti və bələdiyyələrin rolu və vəzifələri barədə müzakirələr aparmaq və onların işinin koordinasiyasını təşkil etmək olub. Tədbirə Gəncə, Yevlax, Zaqatala, Mingəçevir, Goranboy, Şəki, Oğuz rayonlarından dövlət, özəl və icimai sektoru təmsil edən 23 iştirakçı qatılıb.
Dəyirmi masanın birinci gününün mövzusu “Qadınların iqtisadi səlahiyyətləndirilməsi məqsədilə maraqlı tərəflərin əməkdaşlıq imkanları” məsələsi olub.

Proqrama daxil olan “Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün gücləndirilmiş vətəndaş cəmiyyəti dəstəyi” layihəsi üzrə BMT-nin baş məsləhətçisi, Demokratik Monitor təşkilatının rəhbəri Fuad Həsənov layihə çərçivəsndə görülən işlər barədə məlumat verib. “Layihə çərçivəsində iki baza təhlili və ehtiyacların qiymətləndirilməsi sənədi hazırlanmış və təklif və tövsiyyələr maraqlı tərəflərə ünvanlanmışdır. Layihə üzrə təşkil edilmiş təlimlər üzrə hədəf qrupları üçün təlim mövzuları üzrə vəsaitlər hazırlanmış və nəşr edilmişdir. Bundan başqa dövlət, özəl sektor, ictimai təşkilatlara ünvanlanmış təklif və tövsiyyələri əhatə edən 3 siyasət sənədi hazırlanmışdır. Azərbaycandailk dəfə qadınların səlahiyyətləndirilməsi indeksi xüsusi beynəlxalq metodologiya əsasında işlənərək hazırlanmışdır. Hazırda layihə çərçivəsində 5 nəşr çap üçün hazırlanmışdır və 1 ikigünlük qadınların iqtisadi səlahiyyətləndirilməsi və bərabərlik hüququ mövzusunda təlimin keçirilməsi planlaşdırılır.”
Mingəçevirdə “Qadınların iqtisadi səlahiyyətləndirilməsi məqsədilə maraqlı tərəflərin əməkdaşlıq imkanları və mexanizmlərinin qurulması” mövzusunda dəyirmi masa keçirilib.-foto
BMT-nin layihə üzrə qadınların səlahiyyətləndirilməsi sahəsində eksperti Samir Əliyev “Azərbaycanda qadınların səlahiyyətləndirilməsi səviyyəsi necədir?” mövzusunda təqdimat edib. Qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi sahəsindəki vəziyyəti təsvir edən məruzəçi biznes prosesinin mərhələləri, qadın sahibkarlarının maliyyə resurslarına əlçatanlığı və əmək bazarında iştirakı, şəbəkələşmə, kommunikasiya və informasiya texnologiyalarından səmərəli istifadə məsələlərini iştirakçılaın diqqətinə çatdırıb. Ekspert layihə çərçivəsində hazırladıqları “Qadınların səlahiyyətləndirilməsi üzrə İndeksi” təqdim edib. Onun sözlərinə görə, sənədin hazırlanmasında BMT, Dünya Bankı, Dünya İqtisadi Forumu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı tərəfindən dövrü olaraq gender bərabərliyini ölçən indekslər araşdırılıb. Bunun üçün Qlobal Gender Fərqi, Gender Bərabərsizliyi, Gender İnkişafı kimi regional, Gender Bərabərliyi İndeksini, Cənubi Asiya Qadınlarının Möhkəmlilik İndeksini, Afrikanın Gender İnkişafı kimi regional indekslər öyrənilib. Sonda Viskonsin–Madison Universitetinin ekspertlərinin hazırladıqları metodologiya əsas götürülüb və milli İndeks tərtib edilib. Qiymətləndirmə üçün ekspertlər tərəfindən 5 subindeks, 34 indikator tərtib olunub və qiymətləndirilmə aparılıb. Qiymətləndirmənin yekunu olaraq Qadınların Səlahiyyətləndirilməsi İndeksi hesablanarkən Azərbaycanda səlahiyyətəndirmə faizi 33,6% olub ki, bu da metodologiyaya əsasən aşağı səlahiyyətləndirmə kateqoriyasına (21%-40%) daxildir.
Sonda qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi istiqamətində maraqlı tərəflərin maraqlarının nəzərə alınması və onların rolunun artırılması yolları barədə müzakirələr aparılıb.
Mingəçevirdə “Qadınların iqtisadi səlahiyyətləndirilməsi məqsədilə maraqlı tərəflərin əməkdaşlıq imkanları və mexanizmlərinin qurulması” mövzusunda dəyirmi masa keçirilib.-foto
Mingəçevir şəhərinin Uşaq və Yeniyetmələrlə İş Mərkəzinin əməkdaşı Ülviyyə Kərimova çıxışında təhsilin və maarifləndirmənin xüsusi rolunu qeyd edib. Onun fikrincə, düzgün ixtisas seçimi və planlaşdırma qadınların formalaşması və inkişafı üçün vacibdir. Yevlax rayonunda icma sədri Soniya Ridvanova qadınların fərd olaraq formalaşmasında valideynlərdən çox müəllimlərin təsir gücünün daha çox olduğunu vurğulayıb. Mingəçevir Valideynlər Assosiasiyasının icraçı direktoru Yeganə Nəbiyeva maarifləndirmənin aparılmasının üstünlüklərindən danışıb.
Mingəçevirdə “Qadınların iqtisadi səlahiyyətləndirilməsi məqsədilə maraqlı tərəflərin əməkdaşlıq imkanları və mexanizmlərinin qurulması” mövzusunda dəyirmi masa keçirilib.-foto
Maraqı tərəflərin səsləndirdiyi rəy və təkliflərin sistemləşdirilərək gələcəkdə müvafiq qurumlara göndərilməsi qərara alınıb.
Tədbirin ikinci günü “Qadınların iqtisadi səlahiyyətləndirilməsi imkanlarının artırılması və ayrıseçkiliyə qarşı mübarizənin təşviqi üçün ictimai şəbəkənin yaradılması” mövzusunda olub.
Layihə üzrə BMT-nin baş məsləhətçisi, Demokratiya Monitoru İctimai Birliyinin rəhbəri Fuad Həsənov qadınların səlahiyyətləndirilməsində ictimai vəkilliyin üstünlüklərindən danışıb, bu işdə bütün qüvvələrin səfərbər ediməsinin zəruriliyini vurğulayıb və şəbəkələşmənin vacibliyini qeyd edib. Onun sözlərinə görə, icra etdikləri layihənin davamlılığının təmin edilməsi məqsədilə layihədə iştirak etmiş və faydalanmış qadınlar arasında qarşılıqlı əlaqələri daha da genişləndirmək və onların təşkilatlanmasını təmin etmək məqsədilə vahid şəbəkə mexanizminin yaradılması nəzərdə tutulur. BMT-nin layihə üzrə qadınların səlahiyyətləndirilməsi sahəsində eksperti Samir Əliyev dünya təcrübəsinə istinad edərək qərar qəbulu prosesinə təsir imkanlarını artırmaq məqsədilə qadın birliklərinin yaradılmasının vacibliyindən danışıb. O, tədbir iştirakçılarından belə şəbəkənin Azərbaycanda da yaradılmasına ehtiyacın nə dərəcədə olduğunu iştirakçılardan soruşdu və bu şəbəkədən gözləntilərini bildirmələrini onlardan xahiş etdi.
Mingəçevirdə “Qadınların iqtisadi səlahiyyətləndirilməsi məqsədilə maraqlı tərəflərin əməkdaşlıq imkanları və mexanizmlərinin qurulması” mövzusunda dəyirmi masa keçirilib.-foto
ARB-Şəki kanalının əməkdaşı Vüsalə Carçiyeva müxtəif ölkələrdə də belə təcrübələrin olduğunu xatırladaraq şəbəkənin yaradılması ideyasını dəstəkləməklə yanaşı əsas hədəfin daha çox ucqar yaşayış məntəqələrinin olmalı olduğunu qeyd etdi. Yevlax rayonunda icma sədri Soniya Ridvanova şəbəkənin hədəflərindən birinin bilik və təcrübələrin ötürülməsi olduğunu vurğuladı. Gəncə şəhərində QHT sədri Gülnarə Həsənova ölkədə indiyədək müxtəlif şəbəkələrin yaradıldığını və onların bir çoxunun işləmədiyi xatırladaraq yaradılacaq şəbəkənin işlək mexanimə çevirməyin vacibliyini qeyd edib. Mingəçevir Valideynlər Assosiasiyasının icraçı direktoru Yeganə Nəbiyeva şəbəkənin fəaliyyətində ana xəttin maarifləndirmə olmalı olduğunu təklif edərək bu işə ictimai nüfuzu olan şəxslərin cəlb edilməsini istədi. Mingəçevir şəhərinin Uşaq və Yeniyetmələrlə İş Mərkəzinin əməkdaşı Ülviyyə Kərimova regionlarda qadın klublarının yaradılmasını, Ağdam məktəbinin müəllimi, Mingeçevirdə məskunlaşan Mehparə Quliyeva mövcud olan problemləri müəyyənlədirmək üçün regionlarda görüşlər keçirməyi təklif etdi. Digər iştirakçılar da öz fikir və təkiflərini bidirdilər.
Sonda qərara alındı ki, şəbəkənin əsas hədəfi qadınların səlahiyyətləndirilməsi və ayrıseçkiliyə qarşı mübarizənin əhəmiyyətli təşviqi istiqamətində olsun. Ümumi razılığa əsasən şəbəkənin Bakıda və regionda olmaqla iki koordinatoru olması qərara alındı. Bakı şəhəri üzrə Leyla Abbasova və regionlar üzrə Yeganə Nəbiyeva olmaqla iki koordinator müəyyənləşdirildi. Yeni yaradılmış şəbəkənin adı: Qadınların Səlahiyyətləndirilməsi üzrə Şəbəkə (Women Empowement Network) adlanacaq. Qərara alındı ki, şəbəkəyə daxil olan üzvlərin siyahısı hazırlansın və digər regionlar da daxil olmaqla əhatə dairəsi genişlənsin. Növbəti dövrdə əsas hədəflərin müəyyənləşdirilməsi, ekspert bankının yaradılması, fikir mübadiləsinin aparılması qərara alındı.
Mingəçevirdə “Qadınların iqtisadi səlahiyyətləndirilməsi məqsədilə maraqlı tərəflərin əməkdaşlıq imkanları və mexanizmlərinin qurulması” mövzusunda dəyirmi masa keçirilib.-foto
Maraqlı tərəflərin görüşü Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf proqramı və Demokratiya Monitoru İctimai Birliyinin ekspertləri tərəfindən icra icra edilən “Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün genişləndirilmiş Vətəndaş Cəmiyyəti dəstəyi” Layihəsi çərçivəsində təşkil edilib.

xeberdar.net

XƏBƏR LENTİ