Ermənistanın ən böyük oliqarxı etiraz aksiyasına qoşuldu –Sarukanyan partiya üzvlərinə çağırış etdi

673 25-04-2018, 16:42 dunya

Ermənistanın ən böyük oliqarxı  etiraz aksiyasına qoşuldu  –Sarukanyan partiya üzvlərinə çağırış etdi
Ermənistanın ən böyük biznesmenlərindən olan Qaqik Sarukanyan lideri olduğu “Çiçəklənən Ermənistan” Partiyası müxalifətin aksiyalarına qoşulduğunu bəyan edib.

Xeberdar.net məlumat verir ki, Sarukanyan hakim Respublika Partiyasına qarşı mübarizə üçün xalqı küçəyə çıxmağa çağırıb. Bu barədə partiyanın yaydığı bəyanatda deyilir.

“Biz bütün üzvlərimizi küçəyə çıxmağa və xalqal bir yerdə olmağa çağırırırq. Biz həmişə öz soydaşlarımızn yanında olmuşuq”,-deyə partiyanın bəyanatında vurğulanır.

Xeberdar.net

XƏBƏR LENTİ