Bu rayonların icra hakimiyyətlərində maliyyə pozuntuları aşkarlanıb – SİYAHI

730 12-05-2018, 12:36 cemiyyet

Bu rayonların icra hakimiyyətlərində maliyyə pozuntuları aşkarlanıb – SİYAHI
Azərbaycanın Mingəçevir şəhər, Lənkəran və İsmayıllı rayon icra hakimiyyətlərində maliyyə nöqsanları aşkarlanıb.

APA-nın məlumatına görə, bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatında bildirilir.

Ötən il aparılan yoxlamalar nəticəsində Mingəçevir şəhər İcra Hakimiyyətində tikinti xərcləri üzrə 13339,9, satınalmalar üzrə 5933, digər xərclər üzrə 126344,2 olmaqla, ümumilikdə 145617,1 manat maliyyə yayınması halı aşkarlanıb. Yoxlamalardan sonra görüləm tədbirlər nəticəsində vəsait bərpa olunub.

Lənkəran şəhər İcra Hakimiyyətində tikinti xərcləri üzrə 99366,2 manat maliyyə yayınması halı aşkarlanıb və yoxlamadan sonra vəsait dövlət büdcəsinə qaytarılıb.

İsmayıllı rayonunda isə tikinti xərcləri üzrə 39853 manat maliyyə yayınması aşkarlanıb və bu vəsait də bərpa olunub.

Xeberdar.net

XƏBƏR LENTİ