“Avtoritar idarəçiliyi olan məktəb direktorlarının yenilikçi müəllimləri qəbul etmək fikirləri yoxdur”

707 25-05-2018, 11:46 cemiyyet

“Avtoritar idarəçiliyi olan məktəb direktorlarının yenilikçi müəllimləri qəbul etmək fikirləri yoxdur”
“Elə hallar olub ki, Təhsil Nazirliyinin təyin etdiyi direktor rayona çatanda məcbur edilib ki, o, öz vəzifəsindən imtina etsin”

Bu gün bölgələrimizdəki məktəblərdə bir çox hallarda təhsilin inkişafı üçün çalışan yenilikçi müəllimlərin fəaliyyətinə məktəb direktorları tərəfindən maneçilik törədilir. Bəs biz nə etməliyik? Hadisələrin baş verməsinə səbəb nədir?

Moderator.az -ın suallarını təhsil eksperti Etibar Əliyev cavablandırıb. Ekspert bildirib ki, bu gün bölgələrdəki məktəblərdə iki tabeçilik olduğundan bu kimi hallar baş verir:

“Regionlarımızda məktəb idarəçiliyində yüksək səviyyəli müəllimlərlə təminatı məsələsində çox ciddi problemlər var. Məktəblərin əsas problemlərindən biri yerli icra hakimiyyətlərinin yerli-yersiz məktəblərə müdaxiləsidir. Bu kimi hadisələr ikili tabeçilik olduğu üçün davam edir. Yəni məktəblər həm Təhsil Nazirliyinə, həm də yerli icra hakimiyyətinə tabedir. Söhbət təhsildən gedirsə, təhsilə yalnız müsbət töhvələr vermək lazımdır. Bir çox hallarda məktəb direktorlarına təhdidlər var. Elə hallar olub ki, Təhsil Nazirliyinin təyin etdiyi direktor rayona çatanda məcbur edilib ki, o, öz vəzifəsindən imtina etsin. Nazirliklə yerli icra hakimiyyətləri bir razılığa gəlib bu kimi problemləri həll etməlidirlər. Məktəbə hər iki tərəfin qayğısı artırılmalıdır. İnsanın vətəndaş kimi yetişməsində məktəbdən başqa ikinci bir təchizat yeri yoxdur”.

Ekspert bir çox məktəb direktorlarının avtoritar idarəçiliklə məşğul olduğunu deyib:

“Məktəb direktorlarının böyük əksəriyyətinin avtoritar iradəçiliyi var. İndiyə qədər də bu direktorların yenikiləri qəbul etmək fikirləri yoxdur. Yeni təyin edilmiş müəllim isə əlbətdə də ki, təhsilin müəyyən səviyyəyə çatmasında yeniliklər etməlidir. Bu rasionaldırsa, məktəb direktorları onu dəstəkləməlidir”.

XƏBƏR LENTİ