Mövsümü olmayan meyvə və tərəvəzləri ehtiyatla yeyin –Nitratın tərkibi çox olur (EKSPERT)

Mövsümü olmayan meyvə və tərəvəzləri ehtiyatla yeyin –Nitratın tərkibi çox olur (EKSPERT)
İyun ayının ilk günləri olmasına baxmayaraq artıq bazarlarda qarpız, yemiş satıldığının şahidi oluruq. Araşdıranda məlum olur ki, bu məhsullar əsasən İran və Türkiyədən gətirilir.

Həkimlər dəfələrlə mövsümü olmayan meyvələrin insan orqanizmi üçün zərərli olduğunu qeyd etsə də, bu cür meyvə-tərəvəzlərin alıcılıq qabiliyyəti kifayət qədərdir. Məlumdur ki, mövsümü olmayan meyvə-tərəvəzlər yetişdirilərkən onların tez yetişməsi və uzun müddət saxlanılması üçün kimyəvi maddələrdən istifadə edilir. Beləliklə, nitratların, böyümə hormonların istifadə edilməsi məhsulu kifayət qədər təhlükəli edir. Bu cür məhsullar da insan üçün onkoloji, qaraciyər xəstəliklərinə, bir çox hallarda isə zəhərlənmələrə səbəb ola bilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a danşıb: “Bu cür məhsullar ağır insan əməyinin nəticəsində əmələ gəlir. Çünki onlar ağır istixanalarda yetişdirilir, ağır zəhmətdən sonra ərsəyə gəlir. Son 6 ildə hər il bizim qurumumuz xüsusi vasitələrlə qarpızın, yemişim tərkibində olan nitratları ölçür. Demək olar ki, bütün Bakı bazarlarında monitorinq aparmışıq, nəticədə məlum olub ki, araşdırılan qarpızların 98 faizinin tərkibində nitratların miqdarı normadan xeyli çoxdur. Halbuki, həm yemişdə, həm də qarpızda 60 ml qramdan artıq nitrat olmamalıdır. Lakin dəfələrlə yoxlamışıq, bu miqdar 300 və yaxud 350 ml qram çıxır. Bu miqdar artıq 360 olarsa insanlarda zəhərlənmələr olur. Qarpız-yemişdə nitratın miqdarının çox olmasının da müxtəlif səbəbləri var. Belə ki, sovet dövründə Azərbaycan torpaqları zəhərlənib, nəticədə kəndli məcburən bu məhsullara nitrat verir. Əgər nitrat verilməsə, nəticə olmur. Mövsümü olmayan meyvə və tərəvəzlərdə isə nitratın tərkibi daha çox olur. Bu qorxuludur. Məlumdur ki, insanlar mövsümü olmayan meyvələrdən istifadə edir, biz bunun qarşısını ala bilmərik. Sadəcə, tövsiyə edə bilir ki, bu meyvələrdən az qəbul edilsin. Hazırda bu məhsullar bazara çıxarılıb. Qida Təhlükəsizliyi Agentliyi həmin məhsullara nəzarət etməli, kəndliyə başa salmalıdır ki, məhsula nə qədər nitrat vermək olar”.

Onu da qeyd edək ki, bir çox ekspertlər həm mövsümü, həm də mövsümü olmayan qarpız-yemiş alarkən satıcıları diqqətli olmağa çağırır. Bildirilir ki, qalın qabıqlı, ölçüləri həddindən artıq böyük, üzərində boz və ağ zolaqları olan qarpız və yemişləri almaq tövsiyə olunmur. Xüsusən də diqqət etmək lazımdır ki, qarpız və ya yemiş Günəş şüası altında çox qalmasın.

Əgər qarpız əzilmiş, çürümüş və formasını dəyişibsə, ondan istifadə etmək olmaz. Və yaxud əgər qarpızın rəngi ağ və çəhrayı rəngdədirsə, deməli məhsul hələ yetişməyib. Digər tövsiyələrdən biri də budur ki, bu məhsulları soyuducuda uzun müddət saxlanılmasın.

Xeberdar.net

Mövsümü olmayan meyvə və tərəvəzləri ehtiyatla yeyin –Nitratın tərkibi çox olur (EKSPERT)

  • 4-06-2018, 11:23
  • 1 033


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Təbiət və nəğməkar şair, ictimai xadim, evdə övladları üçün xəzri küləyi qədər sərt olan vətənpərvər Türkün doğum günüdür
  2. Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi talanır?
  3. TRAMP MAKRONUN ƏRDOĞANA ZƏRBƏ VURMASINA İMKAN VERMƏDİ –Türkiyə prezidentinə qarşı ictimai hücumun qarşısı alındı - TƏHLİL
  4. Şəmsəddin Xanbabayevin adını hallandıran bazar müdiri kimdir?
  5. Bu təhsil ocağı bazara çevrilib... - Direktor isə özünü oliqarxlar kimi aparır...
  6. “AZƏRYOL TİKİNTİ” BİZİ QUL KİMİ İŞLƏDİB, PULUMUZU VERMƏDİ” - Prokurorluq aldadılan fəhlələrin şikayətinə baxmır
  7. “Soydaş” haqqında qanun bizim üçün niyə vacibdir?
  8. Fuad Muradov:"Türkiyədə sənədsiz soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanılıb"
  9. Moldova hökuməti Bakıdakı səfirini geri çağırıb
  10. Şənbə gününün hava proqnozu açıqlanıb
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI