Türkiyə prezidenti Azərbaycana səfər edəcək

702 3-07-2018, 16:50 cemiyyet

Türkiyə prezidenti Azərbaycana səfər edəcək
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasimindən sonra ilk xarici səfərlərini hansı ölkələrə edəcəyi açıqlanıb. Xeberdar.net-in “Milliyet”ə istinadən verdiyi xəbərə görə, R. T. Ərdoğan iyulun 10-da əvvəlcə Şimali Kipr, daha sonra Azərbaycana səfər edəcək.

Türkiyə prezidenti Şimali Kipr və Azərbaycana səfərindən sonra 11-12 iyul tarixlərində keçiriləcək NATO sammiti ilə əlaqədar Brüsselə yola düşəcək.

XƏBƏR LENTİ