“Çökmə baş verən yola görə kimin günahı varsa, cəzasını almalıdır"

657 16-07-2018, 11:57 cemiyyet

“Çökmə baş verən yola görə kimin günahı varsa, cəzasını almalıdır"
Xəbər verdiyimiz kimi iyulun 14-ü axşam saatlarında Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb. Çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib. Araşdırmalar nəticəsində məlum olub ki, yol səthində hardasa 5-6 metr dərinlikdə boşluq hissə aşkarlanıb. AAYDA-nin mətbuat xidmətindən bildirilib ki, çox güman ki, həmin yerdə çökmə baş verib və söküntü işləri tam yekunlaşdırılmamış üstü torpaqlanıb.

Bir müddət əvvəl Azərbayca Avtomobil Yolları Dövlət Agentliyini Sumqayıt yolundakı tıxaca görə sərt tənqid edən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı açıqlamasında bildirdi ki, baş verən hadisə araşdırılaraq məsuliyyətsizlik edən şəxslər cəzalandırılmalıdır:

“Çox təəssüf edirəm. Hər halda aidiyyatı orqanlar baş vermiş hadisəni bir-birinin üzərinə atmayacaq. Düşünürəm ki, bu məsələ araşdırılmalıdır və kimin günahı varsa, Azərbaycanın qanunları çərçivəsində cəzasını almalıdır. Bu və buna mənzər hadisələrin baş verməsinə imkan verilməli deyil. Şükürlər olsun ki, heç bir insan təlafatı baş vermədi, amma bunlar da ola bilərdi. Yəqin ki, müvafiq qurumlar bununla bağlı araşdırmalar aparırlar və teliklə araşdırmaların nəticələrini görəcəyik”.//Moderator.az/

XƏBƏR LENTİ