Qarsda 14 azərbaycanlı qadın saxlanıldı

590 23-07-2018, 09:32 dunya

Qarsda 14 azərbaycanlı qadın saxlanıldı
Qars rayon polis idarəsinin əxlaq bürosu Karadağ məhəlləsində yerləşən gecə klublarından birində əməliyyat keçirib.

Əməliyyat zamanı işləmə icazəsi olmayan 31 əcnəbi qadın saxlanılıb.

Məlumatlara görə, saxlanılanlardan 14-ü azərbaycanlı, 4-ü rus, 2-si gürcü, 7-si erməni, 3-ü özbək, 1-i isə moldovalıdır.

Onlar sənədləşdirildikdən sonra Posof sərhəd-keçid məntəqəsindən deportasiya ediliblər. (Oxu.Az )

XƏBƏR LENTİ