Xalq artistindən erməni müğənninin Bakıda konsert verməsinə etiraz: -"Bu boyda şapalağı biz necə yeyirik?"

830 23-07-2018, 11:22 siyaset / gundem

"Mənə elə gəlir ki, Allah bizdən üz döndərib”
Xalq artistindən erməni müğənninin Bakıda konsert verməsinə etiraz: -"Bu boyda şapalağı biz necə yeyirik?"
Bu gün Azərbaycanın Xalq artisti, hamımızın sevimlisi Flora xanım Kərimovanın doğum günüdür.

Moderator.az-a danışan Xalq artisti doğum günü Ağdamın işğal gününə təsadüf etdiyi üçün bu günü qeyd etmədiyini bildirib:

“Doğum günümlə bağlı təbrik etdiyiniz üçün çox sağ olun. Artıq ahıl vaxtımdı, oğul. Mənim xoşbəxtliyim sizlərin mənə olan sayqısıdır və bir də analıq xoşbəxtliyidir. Bundan artıq qadına daha nə lazımdır. Təbrik edənlər çoxdur, amma bu günü keçirmirəm, çünki bu gün Ağdamın işğal günü olduğu üçün bu mənim həyatımda bir ənənədir. Qanqaratçılıqdır hələki”.

Flora Kərimova erməni müğənni Zaranın Bakıya gəlməsini də sərt tənqid edib:

“Torpaqlarımız işğal altındadır, amma erməni müğənnini Bakıya dəvət edirlər. Mən həyatımdan küsmüşəm, axı bu boyda sayqısızlıq olmaz. “Maya armeniya” deyən bir müğənnini Bakıya gətirirlər və mən bilmirəm bu boyda şapalağı biz necə yeyirik? Belə bir müğənni gəlib burda meydan sulayır. Mənə çox əziyyətdir. Adamlığımdan çıxmışam, oğul, artıq heç nəyə inamım qalmayıb.(Ağlayır) Bu boyda şəhidlərimiz var biz onların qarşısında məsuliyyət daşımalıyıq, torpaqlarımızı itirə-itirə gedirik və erməni müğənniyə qucaq açırıq. Mənə elə gəlir ki, Allah bizdən üz döndərib”.

XƏBƏR LENTİ